Bijni mosque
In Yeni Bayazid uezd of Iravan Governorate, later in Bijni village in Akhta (Razdan) district.
Akhta region has been named Razdan, Bijni village - Bzhni
Architecture
The back and sides of the walls of the mosque building were blown away. Currently, the front part and the sides with the entrance door are partially intact.
Bicni məscidi XVII yüzildə inşa olunan qədim müsəlman ibadətgahıdır. Hündürlüyü 5 metrdən çox olan məscidin tikintisində böyük qaya və çay daşlarından istifadə olunub. Məscid adını “Beçenek / Peçenek” türk boyunun ərəbcə yazılışı olan “Bjni”dən alıb [i]. Kəndin yerli əhalisi azərbaycanlılar olub. Ermənilər buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829-30-cu illərdə, eləcə də 1915-27-cı illərdə Türkiyənin Bolis, Van bölgələrindən köçürülüb. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 685 nəfər, 1908-ci ildə 826 nəfər, 1914-cü ildə 1176 nəfər, 1916-cı ildə 1309 nəfər azərbaycanlı türk yaşayıb. 1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulub. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra (1922-ci ildən sonra) azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1926-cı ildə kənddə 48 nəfər, 1931-ci ildə 64 nəfər azərbaycanlı yaşamışdır [ii], [iii].
“İrəvan əyalətinin icmal dəftəri”ndə Beçni formasında, Qafqazın 5 verstlik xəritəsində Bicni kimi qeyd edilmişdir. Toponim Beçenek türk tayfasının adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Bjni, beçenək etnoniminin ərəb dilində yazılış formasıdır [iv]. Məscid kənd əhalisinin ibadət və mərasimlər üçün toplaşdığı yer olub
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/g%C3%B6y%C3%A7%C9%99-a%C5%9Fa%C4%9Fi-qaranliq-indi-martuni-
[ii] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində) / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 17, 101.
[iii] Пагирев, Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края / Д.Д.Пагирев. – Тифлис: Типография К.П.Казловского, 1913. – S. 34.
[iv] Bayramov, İ. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İbrahim Bayramov. – Bakı: Elm, 2002. – ISBN 5-8066-1452-2.

