Ağadədə məscidi 

Tarixi:
XIX əsrə aid
Yerləşmə /
Əvvəlki toponim:

Zəngibasar[i] ma­ha­lı­nın Uluxanlı[ii] rayonunun Qulucan[iii] kəndinin ya­xın­lığındakı Ağadədə məscidi (XIX əsrə aid)

Yerləşmə /
Hazırkı toponim:

Qulucan kəndinin adı 31. 5.1946-cı ildə adı dəyişdirilib Spandaryan adlandırılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Britaniyalı səy­yah-fotoq­raf Qurdip Mattu Zən­gi­ba­sar ma­halının Ulu­xan­­­lı qəsə­bəsi əra­zisin­də­ki Ağa­­dədə mə­zar­­­lığında olub, onun 2021-ci ilin av­qust ayında çək­­­diyi foto­lar­dan mə­zarlığın, de­mək olar ki, tama­milə dağı­dıl­dı­ğı, məs­cidə gəlincə, arxa tə­rəf­də 1,5 metr, sağ və sol tə­rəfdə isə 1 metrə qədər di­varla­rı­nın qal­dığı mü­şa­hidə olunur.

 

Məlumat:

Zəngibasar[i] ma­ha­lı­nın Uluxanlı[ii] rayonunun Qulucan[iii]  kəndinin  ya­xın­lığındakı Ağadədə məscidi (XIX əsrə aid)

Ağadədə məscidi Uluxanlı, Həbilkənd, Seyidkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan kəndinin yaxın­lı­ğında yerləşirdi. Qarasu çayının kə­narında olduğu üçün tarixi Ağadədə qəbiristanlığındakı məscidin tikinti­sində çay və qaya daşlarından istifadə olunmuş, üzü isə ağ torpaqla suvan­mışdı. Təxmini hesablamalara görə, məscidin eni 5 metr, uzunluğu 8 metr, hün­dürlüyü isə 3,5 metr idi. Məscid dəfn mərasimləri və müsəlmanlara aid dini bayramlar zamanı daha qələbəlik olurdu.

 

1987–1991-ci illərdə baş verən deportasiya prosesində er­mənilər azərbaycanlı əha­li­yə qar­şı zorakılıqlar  tö­­rətməklə yanaşı, bir neçə yüz­­il­lik ta­ri­xi olan azər­bay­­can­lı­lara aid maddi-mədəni abi­də­­lə­rin bir ço­xunu da məhv et­miş­­lər. Bu van­dal­­lizm aksiyaları zamanı Ağadədə məscidi də yandırılmışdır.[iv]

Ağadədə qə­bi­ristanlığındakı məscid İslam mədəni irsinin və dini kim­liyin  nü­munəsi ol­maq­­la yanaşı, xalqın mənəvi dünyasına xi­tab edən abidə ol­ması baxı­mın­­dan əhə­miyyət kəsb edir. Bu yer sonuncu deportasiyaya (1987–1991-ci illər) qədər azərbaycanlıların inanc və ziyarət yerlərindən idi.

 

Britaniyalı səy­yah-fotoq­raf Qurdip Mattu Zən­gi­ba­sar ma­halının Ulu­xan­­­lı qəsə­bəsi əra­zisin­də­ki Ağa­­dədə mə­zar­­­lığında olub, onun 2021-ci ilin av­qust ayında çək­­­diyi foto­lar­dan mə­zarlığın, de­mək olar ki, tama­milə dağı­dıl­dı­ğı, məs­cidə gəlincə, arxa tə­rəf­də 1,5 metr, sağ və sol tə­rəfdə isə 1 metrə qədər di­varla­rı­nın qal­dığı mü­şa­hidə olunur.[v]

 


[i] İndiki adı Masis

[ii] 1969-cu il yanvarın 14-də rayon mərkəzi Uluxanlının adı dəyişdirilib Masis adlandırılıb

[iii] Qulucan kəndinin adı 31. 5.1946-cı ildə adı dəyişdirilib Spandaryan adlandırılıb.

[iv] https://news.milli.az/society/975033.html

[v] https://news.milli.az/society/975033.html

Fotolar:
Videolar: