Ağbulaq qəbirüstü abidələri
Göyçə mahalı Çəmbərək rayonunun Ağbulaq kəndində.
Ağbulaq kəndinin adı 1991-ci ildə dəyişdirilərək Ağperek adlandırılıb
Memarlıq
Ermənilər tərəfindən dağıdılıb. Hazırda izi-tozu yoxdur
Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində müsəlman qəbiristanlıqları və məscid binası. Ağbulaq kəndinin ən qədim qəbiristanlığı islamiyyətdən əvvəl “Duzdaq” adlanan yerdə salınmış eyniadlı qəbiristanlıqdır. İkinci bir qəbiristanlıq “Dikdaş” deyilən yerdə (Baldırğanlı çayının əvvəlki kənd yoluna qovuşduğu yerdə) salınıb. Bu qəbiristanlıq da çox qədim dövrə məxsusdur. Ağbulaqlıların son iki qəbiristanlığı Şorca və Çəmbərək istiqamətlərindən kəndə daxil olan yolun üstündəki məzarlıqlardan ibarət idi. Kəndin Qərb girəcəyindəki (Çəmbərək tərəfdən) qəbiristanlığın beş yüz ildən artıq yaşı vardı. Bu qəbiristanlıqda son əlli il idi ki, dəfn işi aparılmırdı. Kəndin son və müasir qəbiristanlığı Şorca kəndi tərəfdə, kəndin ayağındakı təpənin üstündə, yolun solunda, “Çaxmaqlı” adlı göy-qara çınqıllı yerdə 1935-ci ildə salınmış qəbiristanlıq idi. Ağbulaq kənd məscidi isə 1895-ci ildə tikilmişdi. Məscid binasının özül daşını və Ağbulağın içindəki tağlı körpünün də ilk daşını Kərbəlayı Abbas qoymuşdu. Ağbulaq məscidi 1988-ci ildə ermənilər tərəfindən dağıdılıb. Bura ilk ermənilər 1988-ci ildə kənd camaatı etnik təmizləmə və deportasiyaya məruz qalaraq kənddən qovulduqdan sonra köçmüşlər [i], [ii].
Ağbulaq kəndində müsəlman qəbiristanlıqları və məscid binası. Ağbulaq kəndinin ən qədim qəbiristanlığı islamiyyətdən əvvəl “Duzdaq” adlanan yerdə salınmış eyniadlı qəbiristanlıqdır.
[i] Ələkbərli, Ə. Qədim Türk-Oğuz yurdu – “Ermənistan” / Əziz Ələkbərli. – Вakı, 1994. – S. 172-177.
[ii] İsmayıl, E. Məndən ötrü Ermənistan yoxdu, yox... / Eldar İsmayıl. – Bakı, 2002. – S. 119-120, 124.