Ağkilsə qəbirüstü abidələri
Göyçə mahalının Basarkeçər rayonunda, rayon mərkəzindən 11-12 km şərqdəki Ağkilsə (Azad) kəndində yerləşir
Ağkilsə kəndinin adı 1935-ci ildə dəyişdirilərək Azat adlandırılıb
Memarlıq
1988-1989-cu illərdə Ağkilsə kəndinin sakinləri Ermənistandan deportasiya edildikdən sonra erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini də dağıdıblar.
Azərbaycan aşıq sənətinin korifeyi Aşıq Ələsgər 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Basarkeçər nahiyəsinin (1969-cu ildən Vardenis rayonu) Ağkilsə kəndində anadan olub. 1926-cı ildə doğulduğu kənddə vəfat edib. Doğulduğu Ağkilsə kəndinin qəbiristanlığında dəfn edilib. Ustadın ziyarətə çevrilmiş qəbirüstü abidəsi 1988-ci ildən sonra daşnak vandalları tərəfindən dağıdılıb [i].
1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilib və onun məzarı üzərində qəbirüstü abidə ucaldılıb.
[i] http://www.elibrary.az/docs/qazet/qzt2021_872.pdf).