Ağudi kənd məscidi
Zəngəzur mahalı Qarakilsə rayonunun Ağudi kəndində.
07.11.1995-ci il tarixində Qafan, Sisyan, Meğri, Gorus rayonları ləğv edilib və Sünik mərzisi təşkil edilib. Qarakilsə rayonu – 02.03.1940-cı ildən – Sisian, Ağudi kəndi – 19.04.1991-ci ildən – Aqitu adlandırılıb
Memarlıq
1918-ci ildə Ağudi kəndinə hücum edən Andronikin daşnak terror dəstələri kənd əhalisinə qarşı soyqırım törətmiş, vandallıq və vəhşiliklər göstərərək bir neçə yüzillik tarixi olan azərbaycanlılara aid maddi-mədəni abidələrin bir çoxunu məhv etmişdir. Bu vandallıqdan kənd məscidi də nəsibini almış, Ağudi məscidi yerlə yeksan edilmişdir.
Ağudi kənd məscidi kənd xeyriyyəçilərinin maddi köməyi hesabına inşa edilmişdi. Tikintisində qaya və çay daşlarından istifadə olunan məsciddən ətraf kəndlərdən gələn insanlar da faydalanırdı. İran, Türkiyə və İraqa yaxın olduğu üçün kənddə bu ölkələrdəki dini-müqəddəs yerləri ziyarət edən və dini təhsil alan çox sayda din adamı vardı.
Kənddə ilk təhsil ocağı 1900-cu ildə 4 sinifli molla məktəbi şəkilndə fəaliyət göstərib. 1905-ci il dekabrın 25-də böyük bir erməni silahlı dəstəsi Ağudi üzərinə hücuma keçir. Ağudililər böyük itki verərək Vağudi kəndinə çəkilirlər. Kənddə qalanların bir hissəsi isə məsciddə gizlənmişdi[i]. Ermənilərin köçüb gəldikləri tarixi Azərbaycan torpaqlarında dövlət qurmaq üçün apardığı qanlı mübarizə 1918-ci ildə təhlükəli həddə gəlib çatdı. Xarici dövlətlərin də köməyi ilə silahlanan erməni birlikləri azərbaycanlılara qarşı soyqırım hərəkatı başlatdı.
Təəssüflə qeyd etməliyik ki, Zəngəzurun bütün azərbaycanlı kəndləri kimi, Ağudidə də 1918-ci ildə müsəlman qətliamını törədən quldur Andronikin daşnak dəstələri misli görünməmiş vəhşiliklər törətmiş və bu zaman Ağudi məscidini yerlə yeksan etmişlər [ii]. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınların qurbanı olmuşdur.
İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 496 nəfər, 1959-cu ildə 828 nəfər, 1970-ci ildə 1222 nəfər azərbaycanlı yaşamışdır [iii], [iv], [v], [vi], [vii].
Toponim qədim türk dilində “hörmətli, uca, yüksək” mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir [viii]. Toponim, kənd ərazisindəki qədim dövr alban-türk abidələri və Azərbaycan mədəniyyət nümunəsi olan məscid kənddə azərbaycanlıların dərin sosial-iqtisadi və tarixi inkişaf yolu keçdiyini sübut edir.
[i] Nərimanoğlu, H. Zəngəzur köç, deportasiya, soyqırımı, işğal tarixi / Hacı Nərimanoğlu. – Bakı, 2018. – S. 93.
[ii] https://www.facebook.com/permalink.php?story_fbid=922960555207401&id=270680613768735
[iii] Коркотян, Завен. Ереван: Мелконян фонд, 1932.; C. 76-77, 146-147.
[iv] Mustafa, N. İrəvan şəhəri / Nazim Mustafa. – Bakı, 2013.
[v] https://armenianvandalism.preslib.az/az_armenia.html
[vi] https://iravan.pr eslib.az/meschidler
[vii] https://www.virtualkarabakh.az/az/post- item/3/30/irevanin-tarixi-memarliq-abideleri.html
[viii] Qeybullayev, Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair) /Qiyasəddin Qeybullayev. – Bakı: Elm, 1990. – S. 119.