Ağudi kəndində qoç fiqurlu məzar daşı
Gəncə quberniyası Zəngəzur qəzası, indiki Sisyan rayonundakı Ağudi kəndində
Ağudi kəndi -19.04.1991-ci ildən – Aqitu adlandırılıb
Memarlıq
Ağudi kəndindəki qoç fiqurlu məzar daşı ermənilər tərəfindən mənimsənilib, erməni abidəsi kimi təqdim olunur.
Ağudi kəndinin tarixinin zənginliyini orada olan çoxlu sayda türk-oğuz abidələri təsdiqləyir. Köhnə qəbiristanlıq deyilən ərazidə oğuz qəbirləri, qəbirüstü heykəllər və sənduqələr, Nüvədi və Urud abidələti ilə oxşarlıq təşkil edir. Orada orta yüzilliklərə aid qoç fiqurlu məzar daşı qaya daşından yonulub [i]. Fiqurun heykəl kimi incəliklərə malik olması o dövrdə sənət və sənətkarlığın inkişaf etdiyini göstərir. Orta əsrlərə aid Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşayıb. 1918-ci ildə 400 azərbaycanlı ermənilər tərəfindən məscidə doldurulub yandırılıb qalan əhali isə kənddən qovulub[ii]. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 496 nəfər ,1959-cu ildə 828 nəfər, 1970-ci ildə 1222 nəfər azərbaycanlı yaşayıb[iii].
Toponim qədim türk dilində “hörmətli, uca, yüksək” mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında yaranıb [iv]. Bu qədim türk-oğuz abidəsi də ərazinin azərbaycanlı yurdu olduğunu göstərir.
[i] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 29.
[ii] https://az.wikipedia.org/wiki/A%C4%9Fudi
[iii] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 76-77, 146-147.
[iv] Qeybullayev, Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair) / Q.Qeybullayev . – Bakı: Elm, 1990 . – S. 119.