Ağüdü qəbirüstü abidələri
Zəngəzur mahalı Qarakilsə rayonunda, İşıqlı dağının ətəklərindən 10-12 km aşağıda, Bazarçay çayından 2 km yuxarıdakı Ağüdü kəndində yerləşir.
Ağüdü kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Aqitu adlandırılıb
Memarlıq
1960-cı illərdə bərpa edilmə adı ilə ikiqülləli qəbirüstü abidə erməni rəsmiləri tərəfindən əhalinin gözü qarşısında sökülərək təzə yazılmış daşlarla təmir edilib.
Toponim qədim türk dilində “hörmətli, uca, yüksək” mənasında işlənən ağ sözü ilə uti//udi türkdilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ağüdü kəndindəki VI yüzilə aid ikiqülləli qəbirüstü abidə və qəbir daşları üzərindəki qoç fiqurları və müxtəlif naxışlar kəndin qədim Azərbaycan yurdu olduğuna dəlalət edir [i], [ii]
Ağudi qədim azərbaycanlı yurdudur
[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 1988. – S. 198; 247.
[ii] Qeybullayev, Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair) / Q.Qeybullayev . – Bakı: Elm, 1990 . – S. 119.