Alban qəbirüstü abidələri

Tarixi:
IX-X yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Dərələyəz ma­ha­­­lı­ Paşalı ra­­yo­nu Ko­tanlı kə­n­di ya­­­­xınlığında.

Yerləşmə /
Hazırkı toponim:

Ko­­tan­lı kəndi Sovet haki­m­iy­yəti dövründə Qa­r­m­raşen ad­lan­­dı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1920-ci ildə er­mə­ni­lər abi­də­n­i­n­ üzə­ri­nə xaç ə­l­a­və edib ha­zırkı dövr­­də də er­mə­ni abi­dələri kimi sər­g­iləyir.

Məlumat:

Kotanlı kəndində IX-X yüzilə aid alban türk­lərinə aid abidələr vardır. Kənd ya­xın-lı­ğındakı qəbiristanlıqdakı qədim alban türk abidələrindən biri başdaşı formasında yerə üzüstü qoyulmuş vəziyyətdə sərgi­lə­nir. Üzərində naxış olan bəzi yerlər çı­xa­rı­lıb. Xaç əlavə olunduğu aydın olur. Digər abi­də başdaşı formasında dik vəziyyətdə olub, onun da üzərindəki naxışlar sökülüb bö­yük xaç əlavə olunub. Başqa bir daş da baş­daşı formasında narıncı dördkünc və­ziyyətə gətirilmiş qaya daşı üzərində dik vəziyyətdə durub üzərinə naxışları sö­kü­lüb xaç əlavə olunub (3). Digər başqa dik və­ziyyətdə olan daşın üzərinə isə er­mə­ni­cə yazılar əlavə olunub (4). Kənddə 1873-cü ildə 256, 1886-cü ildə 392, 1897-ci ildə 456, 1904-cü ildə 611, 1914-cü ildə 672, 1916-cı ildə 532 nəfər yalnız azər­bay­canlı yaşayıb. 1918-ci ildə kənd ermə­ni təcavüzünə məruz qalaraq əhalisi de­por­tasiya olunub və kəndə Türkiyədən köçü­rülən ermənilər yerləşdirilib. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına qa­yı­da bilib. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 61, 1926-cı ildə 193, 1931-ci ildə 351 nəfər azərbaycanlı ya­şa­yıb.

Toponim qıpçaq türk tayfasından olan ko­tan et­no­ni­mi­nə mən­sub­luq bil­di­rən - lı şə­­kil­çisinin ar­tı­rıl­ması ilə əmələ gəlib.

Fotolar:
Videolar: