Aldərə kənd məscidi

Tarixi:
XVI yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lı Mığrı (Me­ğ­­ri) ra­yo­nun­­­da­kı Al­də­rə kən­­din­də.

Yerləşmə /
Hazırkı toponim:

Mığrı – Meğri, Aldərə.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Azər­­­bay­can­lı­lar­ın 1988-ci il de­­por­ta­si­ya­sına qə­­dər kənddə məs­­­ci­din qa­lıq­la­rı mövcud olub.

Məlumat:

Toponim qədim Azərbaycan dilində “qır­mızı” məna­sı­nı bildirən al sözü ilə (üzün al­lanması ifadəsində indi də özü­nü gös­tərir) “dərin çuxur” mənasında ifa­də edən də­­rə sözünün bir­ləş­mə­sin­dən for­ma­laş­mış­dır və “qır­mı­zı dərə” mə­nasını ifadə edir. Kəndin salındığı əra­­zi­nin torpağı qırmızı su­xurlardan iba­rət olduğu üçün kənd Al­də­rə ad­lan­dı­rılmışdır [i]. 

 

Relyef əsasında ya­ra­­nan mü­rəkkəb quruluşlu toponimdir. Al­də­rə kəndində XIV-XVI yüzillərə aid kil­sə, qala və müxtəlif abidələr mövcud olub. Al­dərə məscidi də bu tarixi abi­də­lərdən biri­dir. Aldərə kənd məscidi mü­qəddəs mə­kan kimi xalqın uzun illər qoruduğu, sa­hib çıxdığı, ibadət et­di­yi məkanlardan olub. 

 

1918-ci ildə An­dranikin hücumu nəti­cəsində kəndlə bir­likdə məscid binası da yandırılıb.  So­vet hakimiyyəti dövründə mə­scidin bər­pasına icazə verilmədiyi üçün xa­ra­­ba­lığa çevrilib[ii]. Sovet döv­rün­də yarı uçu­­rulmuş vəziyyətdə olan məscidin qa­lıq­ları 1988-ci il deportasiyasına qə­dər qal­maq­da idi [iii].

Qərbi Azərbaycan türklərinin 1988-ci il soy­qırımından sonra bu müqəddəs ocaq da er­mənilər tərəfindən da­ğı­dı­lıb [iv]. Qədim Ağa­dədə ziyarətgahı əra­zi­sin­də qədim Türk-Oğuz məd­ə­niy­yət­lə­ri­nin nümunələri olan tarixi abidələr var idi [v].

Məscid Aldərə­də qədim dövr­­lər­­­dən Azər­b­a­y­can irsini bu əra­zi­­də ya­şa­d­a­n ta­r­i­xi abi­də ki­mi ə­h­ə­­­miy­yət d­a­şı­yır.

 

[i] https://az.wikipedia.org/wiki/Ald%C9%99r%C9%99; http://www.aldara.az/index.php?id=9

[ii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S.A.Məmmədov. –  Bakı: Elm, 2002. – 696 s.

[iii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. –  Bakı, 2008. – S. 26; Azərbaycan SSR EA Xəbərləri. – 1989. – № 4. – S. 88.

[iv] https://armenianvandalism.preslib.az/az_armenia.html

[v] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. –  Bakı, 2008. – S. 69.

Fotolar:
Videolar: