Arçut abidələri (abidə, alətlər, qiymətli əşyalar)

Tarixi:
VII-XIV yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Pəmbək ma­ha­lı­ Böyük Qa­ra­kil­sə ra­yo­nu­ Arçut kənd­in­də.

Yerləşmə /
Hazırkı toponim:

Pəmbək mahalı – Quqark ad­lan­­dırılıb.

Təsnifatı:

Arxeoloji abidə

Mövcud vəziyyəti:

Arçut kəndi 1988-ci il de­por­tasiyasından sonra ermə­ni­lər­in yaşadığı kənd­dir. Ora­da­kı bir çox adi­də­lərə erməni ele­mentləri əla­və olunaraq e­r­mə­ni­ləş­di­ri­lib. Mə­nimsəyə bil­mə­dikləri isə məhv edilib.

Məlumat:

1988-ci ilə qədər azərbaycanlılar ya­şa­yıb. 1988-ci ildə 655 yasayış evi var idi. Əhalisi 6545 nəfər olub. Arxeoloji qa­zın­tılar zamanı (bu qazıntı işləri məq­səd­yönlü olmayıb, ancaq tikinti işləri apa­rılan zaman üzə çıxıb) mədəniyyət abi­dələri, aşkara çıxmış yaşayış yerləri – evlər, qəbirstanlıqlar, məişət əşyaları, əkin­çilikdə istifadə olunan alətlər, müx­təlif cür silahlar, saxsı qablar, zinət əş­ya­ları meydana çıxıb. Kəndin şimal-qərb­ində “Aydaşı” deyilən ərazidəki qədim qəbiristanlıqdan tapılmış qəbirlər və həmin qəbirlərdən götürülmüş mun­cuq­lar, qolbağılar, daş baltalar, nizə uc­luq­ları və s. əşyalar deməyə əsas verir ki, ibtidai-icma dövrünə aid idi. Qara­do­laq­lı ocağının yerləşdiyi ərazidən tapıl­mış küp qəbirləri, saxsı qablar, gildən ha­zırlanmış müxtəlif məişət əşyaları aş­kar edilib. Onu da qeyd etmək yerinə dü­şərdi ki, qazıntı işi aparılan vaxtı er­mə­ni millətindən olan alimlər də böyük ma­raqla bura gəliblər. Buradakı kilsə, onun üzərindəki xaç və daş kitabə ilə tanış­lıqdan sonra həmin daş kitabənin sın­dırılmasını təkid etmişlər və hətta er­mə­ni kilsəsi ilə heç bir əlaqəsi olma­dı­ğı­nı qeyd etmişlər. Bu böyük qəbir­is­tan­lı­ğın oğuzlara aid olduğunu söyləmişlər. Oğuz­ların isə türklərlə (red: - Azəri Türk­lərlə) heç bir əlaqəsi olmadığını təkid­lə bildirmişlər [i], [ii],[iii], [iv], [v].

Buradakı to­po­nim­lər də sübut edir ki, həmin ər­a­zidə türk ta­y­­­­faları yaşa­yıb və oturaq hə­yat k­e­­çirib­lər. “Böyük Nal­­­bənd” tə­pə­si, “Kiçik Nal­bənd” təpəsi to­po­nimləri bu­ra­da kənd təsər­rü­fatının mal­dar­lıq və əkin­çi­lik kimi sahə­lə­rinin də geniş inkişaf etdiyini göstərir. Bu­ra­dakı abidə və qa­zıntı zamanı tapılan əşyalar Arçut kəndinin qədim azər­bay­can­lı yurdu ol­du­ğunu təsdiq edir [vi].

 

 


[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 144-145.

[ii] Древнетюркский словарь. –  Л.: Наука, 1969. –  S. 57.

[iii] https://www.facebook.com/IrevandaTurkler/post s/822178407858291/

[iv] https://az.wikipedia.org/wiki/Ar%C3%A7ut

[v] Beydilli, K. 1828-1829. Osmanlı-Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler / Kemal Beydilli // X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986.

[vi] http://eminler.az/history/

Fotolar:
Videolar: