Arçut kənd məscidi
Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Arçut kəndində yerləşir.
Pəmbək mahalı – Quqark.
Memarlıq
Arçut kəndindəki digər azərbaycanlı izləri olan abidələr və qədim kənd məscidi dağıdılıb, xarabalıqları qalıb.
Arçut kənd məscidi 1041-ci ildə tikilib. Qarakilsə rayonu ərazisindəki ən qədim məscidlərdən biridir. Ancaq azərbaycanlıların yaşadığı Arçut kəndində VII, XII, XIV yüzilliklərə aid Türk-Oğuz tarixi abidələri, mədəniyyət qalıqları və qəbiristanlıqlar vardı. Qəbiristanlıqdan tapılmış daş kitabələr burada azərbaycanlıların yaşadığını sübut edir.
Kəndin köhnə qəbiristanlığında qəbir daşı üzərində “Məhəmməd – 831” (əski oğuz əlifbası ilə) yazılmış sözləri əyani nümunə hesab etmək olar. Kəndin ərazisi qədim tarixi abidələrlə zəngin idi [i], [ii], [iii].
Toponim artuç (ardıc) bitki adı əsasında yaranıb. Fitotoponimdir. Quruluşca sadədir. Kənddə 1711-ci ildən etibarən məscid, folkloru qış fəsli fevral (boz) ayı – Xıdır Nəbi bayramı, qodu oynatmaq kimi adətlər olub. Məscid və dini memarlıq kənd in qədim Azərbaycan yurdu olduğunu göstərir.
[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 144-145.
[ii] Древнетюркский словарь. – Л.: Наука, 1969. – S. 57.
[iii] https://az.wikipedia.org/wiki/Ar%C3%A7ut