Ardanış kəndində alban məbədi

Tarixi:
VI-VII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Göyçə mahalı Çəm­­bərək ra­yo­nu Ar­da­nış  kən­di ya­xın­lığında.

Yerləşmə /
Hazırkı toponim:

Çəmbərək ra­yo­nu – 31.12. 1937-ci ildən Krasnoselo ad­lan­dırılıb.

Təsnifatı:

Arxeoloji abidə

Mövcud vəziyyəti:

Ardanış ya­rım­ada­sındakı Ada­təpə ərazisində və “Ocağın ba­şı” adlanan dağ zir­vəsində alban kil­səsinin qalıq­ları, eləcə də, qə­dim yaşayış məs­kəninin (tarixi mən­bə­lə­rə görə Adatəpə adlı kəndin) qa­lıq­ları. Ha­zırda er­­mə­ni­lər­in xa­ri­ci turistləri cəlb etmək üçün is­tifadə etdikləri tarixi məkan­lar­dan biridir [i].

 

[i] https://az.wikipedia.org/ wiki/Ardan%C4%B1%C 5%9F 

Məlumat:

XX yüzilin 70-ci illərində dəmiryol çə­ki­li­şi zamanı Ardanış kəndinin cənub-qərb isti­qamətində yerləşən Sarı güney əra­zi­sin­də irimiqyaslı torpaq-qazıntı işləri apa­rı­larkən, bəlli oldu ki, burada bir neçə mədəni təbəqə mövcuddur. Kəndin Şərq his­səsindəki təpədə ‒ Ocağın başında zi­ya­rətgah kimi tanınan məbəddə üzərində alban yazıları olan bir neçə daş var idi. 

Təəssüf ki, həmin daşlar (qalınlığı təq­ri­b­ən 30 sm, eni və uzunluğu 1,5 metrə ya­xın) üzərindəki yazılar tədqiq olunmadı və yuxarıda sadalanan tarixi abidələr el­mi-tədqiqat obyektinə çevrilmədi. Həmin abi­də alban kilsəsinin qalığı idi. Bu mə­bəd yumru, diametri təxminən 6 metr olan, iki otaqdan ibarət tikilidir. Məbədin gi­rişi Cənuba, Göyçə gölünə tərəfdir. Arxa otaqda isə taxça var. Divarda oçaq yer­lərinin  qalığı son dövrə kimi qalırdı. Bi­rinci otaqda isə üstündə yazılar olan daş kitabələr vardı.

 Oradakı kitabələrdə Azər­bay­can tarixinin şanlı səhifələri əks olun­muş­du. Bu kitabələr Göytürk əlifbası ilə ya­zılmışdı. Oğuz türkləri Göytürk ya­zı­sın­dan istifadə edib ki, Orxon-Yenisey bu yazı ilə tərtib olunub[i] .

Ardanışın əzəli sa­­kinlərinin türk tay­­fa­lar­ın­dan iba­rət ol­ması tək­­­zi­b­olun­maz fakt­dır. Ora­dakı ki­tabə­lər­də tari­xi­­mi­zin şanlı sə­hi­­fə­lə­ri əks olu­nub. Bu ki­ta­bə­lər Göy­türk əlif­ba­sı ilə ya­zıl­ıb. Oğuz türk­ləri Göytürk ya­zı­sın­dan isti­fa­də edib ki, Orxon-Yeni­sey bu yazı ilə tərtib olunub. Bu baxımdan bu ərazi Azər­bay­can tarixi ba­xı­mın­dan əhə­miy­y­ət­lidir[i]

 


[i] http://goyce.az/newS. php? id=307

[i] Vəliyev, Ə. Göyçə mahalının Ardanış kəndi / Əli Vəliyev, Vaqif  Kərim. – Bakı, 2011. – S. 16–35.

Fotolar:
Videolar: