Aşıq Ələsgərin qəbirüstü abidəsi

Tarixi:
1972
Yerləşmə /
Əvvəlki toponim:

 Göyçə mahalının Basarkeçər nahiyəsinin  Ağkilsə kəndi

Yerləşmə /
Hazırkı toponim:

1969-cu ildən Vardenis rayonu

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1988-1989-cu illərdə Ağkilsə kəndinin sakinləri Ermənistandan deportasiya edildikdən sonra erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini də dağıtmışlar.

Məlumat:

Aşıq Ələsgərin qəbirüstü abidəsi - 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 150 illiyi geniş şəkildə qeyd edildi. Eyni zamanda, Basarkeçər rayonunun Ağkilsə kəndində (dəyişdirilmiş adları ilə: Vardenis rayonunun Azad kəndi) görkəmli aşığın qəbri üzərində əzəmətli abidə ucaldıldı.
1988-1989-cu illərdə Ağkilsə kəndinin sakinləri Ermənistandan deportasiya edildikdən sonra erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini də dağıtmışlar.

Azərbaycan aşıq sənətinin korifeyi Aşıq Ələsgər 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Basarkeçər nahiyəsinin (1969-cu ildən Vardenis rayonu) Ağkilsə kəndində anadan olmuşdur. Fitri şairlik istedadı olan Ələsgər böyük ustad Aşıq Alının şəyirdi olmuş, ondan aşıqlıq sənətinin sirlərini öyrənmişdir.
Aşıq Ələsgər dərin biliyə, böyük zəkaya, geniş dünyagörüşə malik bir sənətkar olmuşdur.


Məşhur rus şairi Yakov Polonski 19-cu əsrin 40-cı illərində Aşıq Ələsgərlə görüşmüş və onun haqqında "Закавказский Вестник" qəzetində xüsusi bir məqalə dərc etdirmişdir.
1918-ci ildə erməni silahlı dəstələri Göyçə mahalını işğal etmiş və Ermənistanda sovet hakimiyyəti qurulanadək Aşıq Ələsgər Kəlbəcər rayonunda qaçqınlıq həyatı yaşamışdır.
Aşıq Ələsgər 1921-ci ildə doğulduğu kəndə qayıtmış və 1926-cı ildə burada vəfat etmişdir.
1972-ci ildə aşığın 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş və onun məzarı üzərində qəbirüstü abidə ucaldılmışdı.
Ermənilər 1935-ci ildə Ağkilsə kəndinin adını dəyişdirərək Azat qoymuşlar.
 

 

Fotolar:
Videolar: