Aysəsi qəbirüstü abidəsi
Dərələyəz mahalı Keşişkənd (Yeğeqnadzor) rayonunda, mərkəzdən 29 km məsafədə, Aysəsi kəndində yerləşir
1946-cı ildə adı dəyişdirilərək Qızılgül, 19.04.1991-cil ildə isə Areta adlandırılıb
Memarlıq
Kənddə VII, X-XI əsrlərə aid alban kilsəsi, türklərin həyatı ilə bağlı digər tarixi abidələr (xaç daşları) indi də durur.
Kənd qəbiristanlığından 200 m uzaqda 3 m uzunu, 1 m eni olan təhnə (daşdan yonulmuş qab) bozalt daşdan yonulub hazırlanmış və 500 m uzaqlıqdakı bulağın suyu bu təhnə daşa gətirilib. Kilsə yaxınlığındakı qəbiristanlıqdakı qəbir daşları üzərində alban əlifbası ilə yazılan çoxlu daşlar və onların üzərində şahə qalxmış at üstündə çiynində saz, əlində qalxan və qılınc, yay, ox olan cəngavər, şahə qalxan atın qabağında isə pəncəsini açan aslan təsvir edilib [i], [ii].
Yaşayış məskəninin qədimliyini əks etdirir.
[i] https://az.wikipedia.org/wiki/Q%C4%B1z%C4%B1lg%C3%BCl_(D%C9%99r%C9%99l%C9%99y%C9%99z;
[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 1988. – S. 348.