Balatəpə dağında alban abidələri

Tarixi:
e.ə. II-I yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Göyçə ma­ha­lı­ Basarkeçər ray­o­nu Nə­rimanlı kənd­ində.

Yerləşmə /
Hazırkı toponim:

Nərimanlı kən­d­inin adı 19.04. 1991-ci ildə də­yiş­dirilərək Şatvan adlan­dı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Balatəpə dağ­ın­da Azərbaycan tari­xinə aid zən­gin maddi-mə­də­ni irs olan abi­dələrin bir qis­minə erməni ele­mentləri əlavə olunub, ermə­niləşdirilib, qalan­ları isə dağı­dılıb məhv edilib.

Məlumat:

Nərimanlı kəndinin şimalındakı Balatəpə dağında 1960-cı illərdə,  həmin ərazilərdə əkin şumu aparılan zaman, e.ə. II-I yüz­il­liyə aid alban mədəniyyətini əks etdirən yazılı, xaç nişanlı bazalt lövhələr tapılıb.

 Dağın günçıxanında axan Bağda çayının sahilində (10-20 m aralı, qədim yurd yer­lər­inə bitişik yerdə)  qazıntı işləri aparan-da isə “camış yatağı”  boyda yerin 1,5 m də­rinliyində daş parçası üzə çıxıb, altında insan sümükləri (bazu sümüyü 2 m idi), ağappaq dişləri üstündə olan alt-üst çənələr salamat halda olan böyük baş və 3 saxsı küp (30 cm-lik) tapılmışdı. Oradan 100 m kənarda “Cərgə daşı”  deyilən sıra­da 20 ədəd daş parçaları (hündürlüyü 50-70 sm) torpağa batmış halda idi. Həmin ərazi camaat tərəfindən toxunulmaz, xü­su­si qorunan (tarixi) yer kimi mühafizə edilirdi.

 Kəndin günçıxanına simsar bu yer Həsən Əzim oğlu Qaraşovun (1958-2018), Ələm­dar Ələsgər oğlu Abbasovun (1936-1986) evlərinə yaxın idi[i] .

İrəvan şəhər­in­dən abidəni təd­qiq üçün həmin yerə gələn “er­mə­­ni” mütə­xəs­sis­ləri də ya­zı­nın onlara aid ol­madığını bil­dirib. Abidənin və yazıların al­ban-türk mə­dəni irsini təmsil et­di­yini göstərir.

 


[i] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm

Fotolar:
Videolar: