Bayburd kəndində alban məbədi
İrəvan qəzası Qəmərli rayonu Bayburd kəndində.
Qəmərli rayonunun adı dəyişdirilərək – Artaşat adlandırılıb.
Memarlıq
Alban məbədinə erməni elementləri əlavə olunub, erməni məbədi kimi təqdim olunur.
Rayon mərkəzindən 24 km cənub-şərqdə, Azad çayının Milli qolunun sahilində yerləşir[i]. Bayburt kəndindən 3 km kənarda, çay dərəsinin üstündə (200 m aralıda) əski məbəd tikili ətrafında seyrək meyvə ağacları əkilmişdi. Kəndin ortasında da hündürlüyü 5-6 metr olan qədim alban məbədi qorunub saxlanılırdı. Tikilinin aşağı hissəsi yeraltında idi. Sovet hakimiyyəti illərində bura taxıl anbarı kimi istifadə edilirdi[i].
Toponim oğuz soyundan olan bayburt etnonimi əsasında əmələ gəlib. Qızılbaş tayfalarından birinin də adı bayburdlu olub[ii]. Etnotoponimdir. Quruluşca sadə toponimdir [iii].
[i] https://aqreqator.az/az/cemiyyet/529897
[ii] Петрушевский, И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в ХVI начале XIX вв. / И.П.Петрушевский . – Л., Издство Ленинградского Университета, 1949 . – С. 92.
[iii] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 28.
[i] Ermənistan Sovet Ensiklopediyası . – Cild 2. – İrəvan, 1976 . – S. 264.