Bel daşı qəbirüstü abidələri

Tarixi:
IV-V yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lı­ Qafan ra­yo­nu Yuxarı Girə­tağ kəndində

Yerləşmə /
Hazırkı toponim:

Yuxarı Girətağ kən­di – 1991-ci il­­dən – Verin Gi­ra­tag adlan­dı­­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Bel daşı sən­du­qə­si er­mənilər tə­rəfindən mə­nim­sənilib er­mə­ni abi­dəsi kimi gös­tə­ri­lir

Məlumat:

Kəndin Şərqində yerləşən məzarlıqdakı yerli sakinlərin Bel daşı adlandırdıqları qəbir­üstü daş abidə burada insanların çox qə­dimdən məskunlaşdığını göstərir. Bel daşı sənduqəsinin üzərində yonulmuş ox, qal­xan, öküz, əlində nizə vəhşi heyvanı ovl­­ayan atlı təsvirləri və bu təsvirlərin fo­nun­da heç bir yazının olmaması daş abi­də­nin yazıdan əvvəlki mədəniyyət dövrünə aid ol­du­ğunu göstərir[i]. Girətağ kəndində 1886-cı ildə 537, 1897-ci ildə 328, 1926-cı ildə 225, 1939-cu ildə 359, 1959-cu ildə 310, 1979-cu ildə isə 120 nəfər azər­bay­can­lı yaşayıb.

To­ponim qədim türk dilində “kə­nar, çöl, dü­zən­lik” mənasında iş­lənən kır sözü ilə tağ (dağ) sö­zü­nün  bir­ləş­mə­sindən əmələ gə­lib[ii], [iii], [iv]. To­­­po­nim əv­və­lin­­dəki “yuxarı” sö­zü fərq­lən­­di­ri­ci əlamət bil­di­rir. Oro­to­po­nim­dir. Qu­ruluşca mü­­rəkkəb to­po­n­imdir. Toponim və sənduqə qə­dim al­ban-türk mə­­də­niy­yə­ti­nin nü­munəsi kimi ə­ra­­zinin azər­bay­canlı yur­du ol­duğunun sü­bu­tudur

 

[i]  Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 123-124.

[ii] Hakopyan, T.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti / T.X.Hakopyan, St.T.MəlikBaxşyan, O.X.Barseğyan . –C. I: AD . – İrəvan: İrəvan Universiteti, 1986 . – S. 868. - Erməni dilində.

[iii] Радлов, В.В. Опыт словарья тюркских наречий / В.В.Радлов . – Т. II, Ч.1 . – СПб, 1899 . – S. 733.

[iv] Мурзаев, Э.М. Словарь народных географических терминов / Э.М.Мурзаев . – М.: Мысль, 1984 . – С. 537.

Fotolar:
Videolar: