Bel daşı ziyarətgahı

Tarixi:
XIV-XV yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Gəncə quber­ni­ya­­­­sı­ Zən­gə­zur qə­­za­sı­nın Qa­­­­f­­a­n ra­yo­nun­da­­kı Siznək kə­n­­­din­də yer­lə­şir.

Yerləşmə /
Hazırkı toponim:

Gəncə – Yeli­za­vet­­pol, Qafan ra­yo­nu – Kapan ad­­landırılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Qoç daşı son­ra­dan Qafan şə­hə­ri­nə apa­rıl­ıb, m­u­­­­zeyin qar­­şı­sın­da qo­yul­sa da, Bel daş ye­rində qa­lır­dı. Er­mə­ni­lər da­ş­ın al­tını qa­z­ıb, ora­dan qı­zıl əldə edib­­lər. Hər iki abi­­də er­mə­­ni­lər tərə­­fin­d­ə­n mə­nim­­sə­ni­lib. 

Məlumat:

Kəndin qarşısından Qafan, Həyərək, Zən­gi­lan, Qu­bad­lı yolu keçirdi. Yolun alt və üst (sağ-sol) hissə­sin­də köhnə qəbiristanlıq yer­ləşirdi. Burada palıd ağa­cı dibində “Bel daş” adlı, at yəhəri formasında bir daş, qoç for­malı iki daş vardı. Bura yoldan keçən­lər nəzir qoyar, niyyət edər, qaratikan koluna sap,  parça bağlayar, beli ağrıyanlar kürə­yi­ni Bel da­şa söykəyər, əlini sürtər və şəfa ta­pardılar. Daşların yaşı bəlli deyildi. Bəl­kə də totemlə (heyvana, quşa və s. inamla) bağ­lı imiş [i], [ii].

Toponim Azər­bay­­­can dilində “du­­man, çən” m­ə­nasında işlə­nən sis sözünə -nək şə­kilçisinin ar­tırıl­ma­sı yolu ilə əmələ gəl­ib. Sis sözü Siz­nək to­po­ni­m­in­də“siz”  for­ma­sına düş­­­üb. s~z səs əvəz­­­­­lən­mə­si Azər­bay­­­can dili üçün qa­nu­­­na­uy­ğundur. Rel­yef əsasında ya­ra­­nan düzəlt­mə qu­ru­luşlu to­po­­nim­dir [iii].

 


[i] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 121.

[ii] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası / Tərt. ed. S.Əsədov; elmi red.: B.Budaqov, Q.Qeybullayev. – Bakı: Gənclik, 1995. –  S. 154.

[iii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S.A.Məmmədov. –  Bakı: Elm, 2002. –  696 s.

Fotolar:
Videolar: