Camışlı kəndində türbə

Tarixi:
XV-XVI yüzil
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan quber­ni­ya­sı Alek­san­d­r­o­pol qə­za­sı, so­n­r­a­dan Ala­göz (A­r­a­­qats) ra­yo­nun­­da­kı Ca­mış­lı kəndində.

Yerləşmə /
Hazırkı toponim:

İrəvan – 1936-cı ildən etibarən Ye­­revan, Ala­göz (Ara­qadz) ra­­yonu təş­kil ed­il­ə­nə­dək 15.03.1972-ci ilə kimi, Aba­ran ra­yonunun tər­kib­ində olub.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Camışlı kəndi­n­də dağıdılan kö­h­­nə qəbir­is­tan­lıq adlanan əra­zi­də­ki təpədə türbə indi ­də qalıb. Ye­­­zid abi­dəsi ki­mi təqdim olu­nur.

Məlumat:

Rayondakı Böyük Camışlı və Kiçik Ca­mış­lı kəndlərinin birləşdirilməsi əsasında ya­radılıb. Alagöz (Araqadz) rayonu təşkil edi­lənədək, yəni 15 mart 1972-ci ilə kimi Aba­ran rayonunun inzibati ərazi böl­gü­sü­nə daxil edilib [i].  

Camışlı kəndindəki köh­nə qəbiristanlıq ərazisi qədim türk-oğuz qəbirləri və qəbirüstü abidələri ilə zən­gin olub. 1988-cil deportasiyasından son­ra ermənilər tərəfindən dağıdılan köh­nə qəbiristanlıq ərazisindəki təpədə qədim türbə hal-hazırkı dövrdə də möv­cud­lu­ğu­nu qoruyur. Yumru dairəvi formada olan tür­bənin 1.5 m (təxmini) genişliyində giriş qapısı və hündür şiş papaq forma­sın­da dam örtüyü var. Dam örtüyünün bir neçə yerində (4-5 yerində) dam örtüyü parçası düşüb, yeri açıq vəziyyətdədir[ii] .

Adını Oğuz D­u­l­­­­kadirlilərin Ca­­m­ı­şlı boy­un­dan alıb. Topo­nim c­a­­­­mışlı türk tayfa adı əsas­ın­da for­ma­laşıb. Et­­no­to­po­­nim­dir. Qur­u­luş­ca sadə to­po­nim­dir. To­po­nim Camışlı kə­n­d­­in­də ancaq azər­bay­­canlı­lar­ın ya­şa­dığı haq­da də-qiq məlu­mat ve­rir [iii]. Tür­bə qə­dim Azər­baycan ta­rxi tor­paq­lar­dakı maddi-mə­də­ni irsinin gü­n­ümüzdə qa­lan nümu­nə­lər­in­dən biri kimi ta­rixi əhəmiy­yə­tə mal­i­kdir.

 


[i] https://az.wikipedia.org/wiki/Cam%C4%B1%C5%9Fl%C4%B1

[ii] https://www.facebook.com/IrevandaTurkler/photos/a.104870856255720/3052150241527752

[iii] İbrahimov (Şahin) T.Ə. Qaşqaylar / Tağı İbrahimov; red. Z.Abdullayev; AzSSR EA, Şərqşünaslıq in-tu. – Bakı: Elm, 1988. – S. 29.

Fotolar:
Videolar: