Cəfərabad qəbirüstü abidələri

Tarixi:
XII-XIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan qəza­sın­da, in­di­ki Zən­gi­­basar ra­yo­n­u­n­­­­dakı Cəfər­abad kəndində.

Yerləşmə /
Hazırkı toponim:

Zəngibasar – M­asis, Cəfər­a­b­a­d 4.04.1946-cı ildən Arqa­vand ad­lan­dı­rılıb

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Cəfərabad qə­bir­üstü abi­də­lə­r­i­n­in bir çoxu İr­ə­van­da­kı mu­zey­lərə apa­rılıb, er­məni abi­­dəsi kimi nü­ma­yiş et­­di­rilir. Qa­­lan­lar isə qə­bir­l­­ərlə birlikdə er­­mə­ni­lər tə­rə­fin­dən dağ­ı­dı­lıb

Məlumat:

Cəfərabad kəndindən çıxan yolun üstündə salınmış, yaşı min ildən artıq olan qə­bir­is­tan­lıqda at, qoç, dəvə, buğa təsvirli baş daş­ları, naxışlı sənduqələr daha çoxidi. Bu cür qəbir daşlarına Reyhanlı, Göy­küm­bəz, Zəhmət kənd qəbiristanlıqlarında rast gəlinirdi [i]. Ra­yon mərkəzindən 13 km şimalda yerləşir. Zəngibasar ra­yonu təş­kil edilənədək Vağarşabad (Eçmiədzin) ra­­yo­nunun tərkibində olub. Qafqazın 5 verst­lik xəri­təsində qeyd edilib [ii].

Toponim Cəfər şəxs adı ilə fars dilində “mün­tə­zəm və çoxlu ti­kin­tisi, yaşayış üçün hər cür şə­raiti olan yer” mə­nasında işlə­nən abad sö­z­ün­dən əmələ gəlib [iii]. An­tro­po­to­po­nimdir. Q­u­ru­luşca mürəkkəb to­po­nimdir. To­po­nim böl­gənin qə­dim azər­bay­canlı yurdu ol­du­­ğu­nu təsdiq edir

 

[i] http://www.anl.az/down/meqale/olaylar/2021/fevral/735529.htm

[ii] Пагирев, Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края / Д.Д.Пагирев. – Тифлис: Типография К.П.Казловского, 1913. – S. 81.

[iii] Azərbaycan dilinin izahlı lüğəti / Azərb. SSR EA, Nizami ad. Ədəbiyyat və Dil İn-tu; tərt. ed. Ə.Orucov; red. Ə.Cəfər. – Cild 1 . – Bakı: Elm, 1966 . – S. 250.

Fotolar:
Videolar: