Çikdamal qalası
İrəvan quberniyasının Aleksandropol qəzasının Hamamlı (Spitak) rayonu ərazisindəki Çikdamal kəndində yerləşir.
Çikdamal kəndinin adı 25.01. 1978-ci ildə dəyişdirilərək Areveşoq adlandırılıb.
Memarlıq
E.ə. I minilliyə dair qala divarlarının qalıqları Çikdamal kəndində qalmaqdadır [i].
[i] Azərbaycan dilinin izahlı lüğəti / AzSSR EA, Nəsimi ad. Dilçilik İn-tu; tərt. ed.: B.Abdullayev, Ə. Orucov və b.; red. hey. M.Dadaşzadə və b.. – Cild 2. – Bakı: Elm, 1980. – S. 26.
“İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda Çikdamal kəndində qala. Kənddə e.ə. I minilliyə dair qala divarlarının qalıqları vardır. Ermənilər buraya 1828-1829-cu illərdə İranın Maku vilayətindən köçürülüb. Burada 1897-ci ildə ermənilərdən başqa, 7 nəfər azərbaycanlı yaşayıb. Onlar XX əsrin əvvəllərində sıxışdırılaraq kənddən çıxarılıb. İndi ermənilər yaşayır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilərək Areveşoq adlandırılıb [i]. [ii].
Toponim türk dilində “sərhəd”, “mərz” mənasında işlənən çik sözü ilə Azərbaycan dilində, “ev, bina, tikili”, “bir ya iki tərəfi açıq, üstüörtülü yer, tikili”, “pəyə, dəyə, qazma” mənasında işlənən dam sözünün birləşməsindən əmələ gəlib. Sonundakı “al” topoformantdır. “Çik” sözü “dar dərə” mənasında da işlənir “Sərhəddə yerləşən ev, yaşayış məntəqəsi, kənd” mənasını bildirir.
Məlumatlar qalanın Azərbaycanın qədim mədəni irsi olduğunu göstərir.
[i] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002. – 696 s.
[ii] Ermənistan Sovet Ensiklopediyası. – Cild 11. – İrəvan, 1983. – S. 17.