Cil kənd karvansarası
Göyçə mahalı, Çəmbərək rayonu Cil kəndi yaxınlığında.
Çəmbərək rayonu – 1920-ci ildən – Krasnoselo.
Memarlıq
Cil kəndi yaxınlığındakı karvansara sovet dövründə bir müddət anbar kimi istifadə olunub. Ermənilər tərəfindən təmir olunmayan karvansara uçub dağılıb, yerləşdiyi ərazidə xarabalıqları qalıb.
Xarici səyyahların da qeyd etdiyi kimi, “Yol boyunca bir-birindən müəyyən məsafədə yerləşən bir qədər başqa formada olan karvansaralara da rast gəlinirdi. Bu binalar böyük və iri yonulmuş daşlardan inşa edilmişdi. Onların damları yastı, otaqları tağlıdır. Karvansaraların dörd tərəfində qüllələr vardır ki, bunlar da onları yalnız karvanlar üçün sığınacağa deyil, həmçinin, quldurlardan müdafiə olunmaq üçün bir vasitəyə çevirir” Cil kəndi ətrafındakı karvansara da bu qaydada tikilimiş birmərtəbəli karvansara idi [i], [ii].
Karvansara gediş-gəlişi çox olan yolun kənarında yerləşib. Müxtəlif bölgələrdən gələn tacir, səyyah, tədqiqatçılar və bir çox kateqoriyadan olan insanların məskunlaşması və onların əhali ilə yaratdığı sosial-iqtisadi münasibət kənd və onun ətrafındakı ərazilərin sosial-iqtisadi cəhətdən inkişaf etməsinə böyük təsir göstərib.
[i] Qarayev, E. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu – XIX yüzilliyin ortalarında): monoqrafiya / Elçin Qarayev; elmi red.: C.Mustafayev, H.Həsənov; AMEA. A.A. Bakıxanov ad. Tarix İn-tu. – Bakı: Mürtəcim, 2016 . – S 434.
[ii] Биберштейн М. Описание провинции, расположенных на левом берегу Каспийского моря между реками Терек и Кура (перевод с франц. на рус. яз. С.Б. Ашурбейли) // АМЕА TİEA ф.1, siyahı1, iş. 466.