Cücəvəng qalası (qala divarları)
Tiflis quberniyasının Borçalı qəzasında Barana rayonundakı Cücəvəng kəndində yerləşir.
Barana rayonu – Novemberyan, Cücəvəng kəndi – Cucevan adlandırılıb.
Memarlıq
Cücəvəng kəndində qalanın divarlarının qalıqları hazırda erməni abidəsi kimi təqdim olunur.
Cücəvəng kəndində XII-XIII yüzillərə aid tarixi abidələr, qədim qəbiristanlıqdakı türk qəbirləri, qala divarları vardır [i]. Toponimin Çingiz xanın böyük oğlu Cucinin adını daşıması ehtimal olunur[ii],[iii]. Lakin “kiçik”, “balaca” anlamında “cücə” sözündən düzəlməsi ehtimalı həqiqətə daha yaxındır. Başqa sözlə Cücəvəng – kiçik məbəd anlamını verir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir[iv], [v].
Cücəvəng kəndindəki qala və qədim qəbiristanlıqdakı müxtəlif türk tayfalarına aid qəbir daşları və qəbirüstü abidələr kəndin azərbaycanlıların yurd yeri olduğunu göstərir.
[i] Ermənistan Sovet Ensiklopediyası . – Cild 9 . – İrəvan, 1983 . – S. 551.
[ii] Azərbaycan Sovet Ensiklopediyası. – Cild 10 . – Bakı, 1987 . – S. 449.
[iii] Hey ət, C. Türkl ərin tarix və mədəniyyətinə bir baxış (İslamdan əvvəl və islam dövrü). Başlanğıcından XVI əsrə qədər / Cavad Heyət. – Bakı: Azərnəşr, 1993. – S. 36.
[iv] Меликишвили, Г.А. Урартский язык / Г.А.Меликишвили . – М.: Наука, 1964 . – С. 68.
[v] https://az.wikipedia.org/wiki/Cucevan