Cücəvəng qəbirüstü abidələri
Tiflis quberniyası Borçalı qəzasında Barana rayonundakı Cücəvəng kəndində yerləşir.
Barana rayonu – Novemberyan, Cücəvəng kəndi – 1991-ci ildən Cucevan adlandırılıb
Memarlıq
XII-XIII yüzillər və daha sonrakı tarixi dövrlərə aid Azərbaycan tarixinin qədim maddi-mədəni irsi olan çoxsaylı türk qəbirləri və qəbirüstü abidələrinin bir çoxu ermənilər tərəfindən dağıdılıb məhv edilib.Qalan az sayıda abidə isə erməni elementləri əlavə olunaq mənimsənilib.
Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Erməni mənbələrində kəndin 1873-cü ildə salındığı göstərilsə də, Cücəvəng kəndindəki maddi-mədəni abidələr kəndin tarixinin daha qədim dövrlərə qədər uzandığını kənddə XII-XIII əsrlərə aid tarixi abidələr, o cümlədən türk qəbirləri, qala divarları təsdiqləyir (Ermənistan Sovet Ensiklopediyası, IX c., İrəvan, 1983, s. 551). Qəbiristanlıqda XII-XIII yüzilləri və daha sonrasına aid çox saydakı türk qəbirləri və qəbirüstü abidələr üstündəki at, qoç və at üstündə cəngavər təsvirləri ilə yanaşı qəbirüstü at və qoç heykəlləri də mövcuddur. Qəbirüstü qoç abidələrinin üzərində xüsusilə at, günəş və qılınc təsvirlərinə daha çox rast gəlinir. Toponimin Çingiz xanın böyük oğlu Cucinin adını daşıması ehtimal olunur. Lakin “kiçik”, “balaca” anlamında “cücə” sözündən düzəlməsi ehtimalı həqiqətə daha yaxındır. Başqa sözlə Cücəvəng – kiçik məbəd anlamını verir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir