Cul körpüsü
İrəvan quberniyası Şərur-Dərələyəz qəzası, sonradan Paşalı (Əzizbəyov, Vayk) rayonu Cul kəndində.
Cul kəndinin adı 19.04.1950-ci ildən – Artavan adlandırılıb.
Memarlıq
Cul körpüsü Azərbaycan elementləri daşıyaraq, memarlıq nümunəsi olmasına baxmayaraq, ermənilər təmir edib, istifadə etdikləri körpünü öz abidələri kimi təqdim edirlər.
Cul körpüsü memarlıq və arxitektura baxımından tarixi torpaqlarda yerləşən mühüm maddi abidələrdən biridir.
Cul kəndində inşa olunan körpü Arpaçayın sağ qolu olan Culçayın üstündə XVII yüzildə inşa olunub. Əvvəl kənarı və alt hissəsi qövsvarı qaydada xüsusi kəsilmiş ağ mərmər daşla iki kəmər atılaraq tikilən körpünün daha sonra üst hissəsi hörülüb. Tək tağlı daş körpü şərq memarlığı üslubunda böyük çay və qaya daşlarından istifadə olunaraq inşa edilib [i]. Kəndin adı tarixi mənbələrdə XIII yüzillikdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranıb. Etnotoponimdir. Quruluşca sadə toponimdir [ii], [iii], [iv]. Kənddə 1831-ci ildə (56 kişi, 61 qadın, cəmi 117 nəfər, 1873-cü ildə 708, 1886-cı ildə 899, 1897-ci ildə 1214, 1904-cü ildə 1222, 1914-cü ildə 1344, 1916-cı ildə 1607 nəfər yalnız azərbaycanlı yaşayıb. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunub. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri tarixi-etnik torpaqlarına dönə biliblər. Burada 1922-ci ildə 717 nəfər, 1926-cı ildə 431, 1931-ci ildə 950 nəfər azərbaycanlı yaşayıb [v].
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/g%C3%B6y%C3%A7%C9%99-a%C5%9Fa%C4%9Fi-qaranliq-indi-martun
[ii] Глинка, С.Н. Описание переселения армян азербайджанских в пределе России / С.Н.Глинка. – Баку: Элм, 1990. – S. 111-114.
[iii] Mirzəyev, H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz / Y.Mirzəyev . – Bakı: ADPU, 1997 . – S. 190-194.
[iv] Yeğiazaryan, O. Əzizbəyov rayonunun mədəniyyət abidələri / O.Yegizaryan. – İrəvan: Haypetrat, 1955 . – S. 91 . – Erməni dilində.
[v] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 90-91, 158-159.