Culfa karvansarası

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.

Yerləşmə /
Hazırkı toponim:

1936-cı ildən etibarən Yerevan.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Azərbaycan ta­ri­­xinin maddi mə­­­dəni irsi he­sab olunan Cul­fa karvansarası azər­­baycanlı mi­­rası olan abi­də­­lərin şə­hər­də­ki tarixi keç­mi­şi­ni silmək m­ə­q­­­­sədi ilə er­mə­­­ni­lər tərə­f­in­dən uçu­­rulub ye­­rin­­də başqa ti­ki­­li­lər inşa edilib.

Məlumat:

Culfa karvansarası İrəvan şəhərində yer­ləşirdi. Bu karvansara bişmiş kər­pic­­dən, yonulmuş bozalt və mər­mər­dən inşa olunmuş və gözəl görünüşə sahib idi. Daha çox İrandan gətirilən İran mallarının satıldığı karvansara kimi məşhur idi. 38 mağazadan ibarət olan karvansara eyni zamanda topdan­sa­tış anbarı kimi fəalliyyət göstərirdi [i], [ii].

Şəhər ilə yol kar­­­vansaraları bir-birindən fə­r­q­­­lənirdi. Şə­hər­­də bazar ət­ra­­fında yer­ləşən  kar­­v­a­n­sara ta­cir­lər ü­ç­ü­n həm me­h­man­xa­na, həm də mal­­la­r­ı­nı sat­maq üçün ba­zar hesab olu­nur­du. Karv­an­sa­ranın ət­raf­ın­da çoxlu dü­kan­lar vardı. İrə­­va­na gələnis­tə­ni­lən tacir ilk növ­­­bədə kar­van­­sara ətra­f­ın­da yerləşən boş dü­­kan tutaraq mal­­larını bura yı­ğırdı [iii].

 


[i] Qarayev, E. İrəvan xanlığı (1747-1828) / Elçin Qarayev; elmi red. Y.Mahmudov; AMEA. A.A. Bakıxanov ad. Tarix İn-tu . – Bakı, 2010 . – S. 74.

[ii] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. –  СПб.: Типография императорский Академии Наук,1852. – C. 468-469, 878-880.

[iii] Elçin Qaliboğlu // Xalq Cəbhəsi. –  2019. –  30 mart. – S. 13.

Fotolar:
Videolar: