Cümə məscidi
İrəvan quberniyası Eçmiədzin qəzasında, indiki Abaran rayonundakı Qarabulaq kəndində yerləşir.
Qarabulaq kəndinin adı 15.07. 1946-cı ildə dəyişdirilərək Yerincatap adlandırılıb.
Memarlıq
Azərbaycanlı izlərini kənddən yox etmək məqsədi ilə dağıdılıb.
Kəndin ortasında başqa bir bulaq da axırdı, amma suyu qara, şortəhər, adı Qarabulaq idi. Ondan 100 m. Şərqə tərəf, hündür təpənin üstündə qədim Cümə məscidi (birmərtəbəli, üstü hamar örtüklü, 2 qapılı, eni 12-13 m, uzunluğu 25-30 m) tikilmişdi, yaşı 300 ilə qədər olardı.
Məscidin 250-300 metrliyində isə yaşı min ildən çox olan qəbiristanlıq mamırlaşmış, əski qəbir və sinə daşları ilə (ən çox at, qoç, dəvə, buğa fiqurlu) örtülmüş, epiqrafik yazıları oxunulmaz halda idi [i].
Qərbi Azərbaycan ərazisində müsəlman-türk dünyasının (İslamaqədərki dövr də daxil olmaqla) təşəkkül tapdığı, xalqımızın dini-inanc, ziyarət ocaqları kimi abidələr ən maddi-tarixi sakral irsinin nümunəsidir.
[i] http://www.elibrary.az/docs/qazet/qzt2020_15379.pdf