Dəmirbulaq məscidi
İrəvan şəhəri
İrəvan şəhəri
Memarlıq
Dərmirbulaq məscidi 1990-cı ildə tamamilə dağıdılmışdır və onun yerində müasir yaşayıyış binası inşa edilmişdir
İrəvan şəhərindəki Dəmirbulaq məscidi (XVII–XVIII əsrlərə aid)
İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində yerləşən XVII–XVIII əsrlərə aid məscid , bina¬sı¬nın üstündə düzəldilmiş günlüyə görə “Günlüklü”, eyni zamanda “Çətirli məscid” adlanmışdır. Məscid İrəvan şəhərinin varlı şəxslərindən olan Hacı Müzəffər Ağa tərəfindən tikdirilmişdir. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə, yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdir. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5–2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmişdi.
1988-ci ilə qədər fəaliyyət göstərən və şəhərin dindar müsəlmanlarına xidmət edən məscid həmin ilin fevral ayının 23-də radikal erməni millətçiləri tərəfindən hücuma məruz qalmış, talan edilmiş və yandırılmışdır. Dərmirbulaq məscidi 1990-cı ildə tamamilə dağıdılmışdır və onun yerində müasir yaşayıyış binası inşa edilmişdir.