Dəmirçi kənd məscidi
Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 6 km şimal-qərbdə, Zəngi çayının sağ sahilindəki Dəmirçi (Dəmirçili, Kiçik Şorlu Dəmirçi) kəndində yerləşir.
Kəndin Kiçik Şorlu Dəmirçi adı 3.01.1935- ci ildə dəyişdirilərək Dəmirçi, 19.04.1991-ci ildə isə Darpbnik adlandırılıb.
Memarlıq
Azərbaycanlıların ərazidəki tarxi keçmişini silmək məqsədi ilə ermənilər tərəfindən dağıdılıb.
XX yüzilin əvvəllərində tikilən məscid kəndin mərkəzində yerləşirdi. 1940-cı ilə qədər fəaliyyət göstərib. 1960-cı ildə yenidən açılıb və 1988-ci ilə qədər ibadətə açıq olub [i]. Kəndin adı rəsmi sənədlərdə digər adı ilə Şorlu Dəmirçi kimi qeyd olunur.[ii]Məscid, kəndin müsəlman əhalisinin çoxluğunu göstərir
[i] Ələkbərli, Ə. Qərbi Qərbi Azərbaycanlıların 1988 soyqırımı / Əziz Ələkbərli. – Bakı, 1988. – S. 61, 198.
[ii] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 36; Qafqazın 5 verstlik xəritəsində Kiçik Şorlu Dəmirçi kimi (Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. S. 297) qeyd edilmişdir.