Dəstəkerd kənd qəbirüstü abidələri
Zəngəzur mahalı Qarakilsə rayonu Dəstəkerd kəndində.
Qarakilsə rayonu 02.03.1940-cı ildən – Sisian, Dəstəkerd kəndi – Dəstəkert adlandırılıb.
Memarlıq
Dəstəkerd kəndində yerləşən qədim qəbirüstü abidələrin bir hissəsi İrəvan şəhərindəki muzeylərdə erməni abidəsi kimi sərgilənir. Yerdə qalan abidələrin çoxu qəbirlərlə birlikdə dağıdılıb. Qəbiristanlıqda qalan bir neçə abidə isə mənimsənilib erməni abidəsi kimi nümayiş olunur.
Dəstəkerd kəndi Sisian rayon mərkəzindən 21 km cənubda, Sofulu kəndindən 4 km, Şıxlar kəndindən 7 km məsafədə yerləşən 100 evli, 500-ə qədər əhalisi olan azərbaycanlı kəndi idi. Dəstəkerd sözü Sasanilər dövründə Albaniyada feodalın şəxsi mülkü olan torpaqlar üzərində irsi mülkiyyət forması anlamında olan fars sözü “dastakert”dən götürülmüşdür. Dəstəkert kəndi qədim yaşayış məskənlərindən olmuşdur. Kəndin yuxarısında yerləşən köhnə qəbiristanlıqda uzunluğu 2-2,2 metrə çatan sənduqə formalı, üstü alban əlifbası ilə yazılı qəbir daşları, at və qoç heykəlləri də bu kəndin qədim yaşayış məskəni olduğunu sübut edir [i]. Kənddə 1908-ci ildə 555 nəfər, 1914 - cü ildə 400 nəfər azərbaycanlı yaşayıb. 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla qovub. İndiki Ermənis-tanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz evlərinə dönür. Burada 1922-ci ildə 358 nəfər, 1926-cı ildə 338 nəfər, 1931-ci ildə 434 nəfər yalnız azərbaycanlı yaşayıb. 1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əlaqədar bura ermənilər köçürülüb. 1987-ci ildə 1700 nəfər azərbaycanlı və erməni olub ki, bunun da 80%-ni azərbaycanlılar təşkil edirdi. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik tor-paqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.
Toponim Qaraçorlu türk tayfasından olan Bərgüşad tayfasının mənsub dəstəgird etnonimindən əmələ gəlib. Etnotoponimdir. Quruluşca sadə toponimdir
[i] https://m.facebook.com/IrevandaTurkler/photos/a.103690796373726/3792336734175762/?ty