Əbdül ata ocağı

Tarixi:
XVII-XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lı­ Meğ­­ri ra­yo­­nun­dakı Nü­və­di kəndində.

Yerləşmə /
Hazırkı toponim:

Nüvədi kəndinin adı 19.04.1991-ci ildə də­­­­­­yiş­­di­ri­lə­rək No­nad­zor ad­landırılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Azərbaycanlıların 1991-ci il avqus­t­un 8-də tarixi-et­nik tor­paq­­la­r­ın­­dan de­por­­ta­si­ya olun­ma­­sın­dan sonra, Er­­mə­nis­tan döv­lə­ti tərə­f­in­­­dən oca­ğı zi­ya­­­rət et­­məyə im­ka­n veril­mə­yib və ocaq ərazisi er­­­m­ə­­ni­lər tərə­f­in­­dən da­ğı­dı­lıb, xa­­ra­baya çev­­ri­lib.

Məlumat:

Nüvədi kəndi yaxınlığından axan Sələnc ça­yının ax­dı­ğı dərə boyu qoynundakı dağ­lıq hissədəki təpəlik yerdə əhali tərəfindən mü­qəddəs hesab olunan “Əbdül Ata” oca­­ğı yerləşirdi. Pirin ətrafı gur və sıx ardıc ağac­ların olduğu meşəlik idi. Bu və digər mü­qəddəs ziyarətgahın olduğu yerlərdəki ağac­ları kəsmək günah sayıldığı üçün in­san­lar o ağaclara toxunmazdı. Deyilənlərə görə Nüvədi kəndində yaşayan və ana xət­ti­nə görə imam Museyi-Kazımın nəslindən sayılan Seyid Mir Hüseyn Ağa (1885-1956) Təbriz şəhərində dini təhsil almış, kənddə dini-irfan el məclislərini idarə edər­di. O, ağac­la­ra sitayiş etməyin islami də­yər­lərlə bir araya sığ­ma­dı­ğını sübut etmək üçün pir ətrafındakı ağaclardan kə­sib, evin­də dirək və odun tədarükü üçün istifadə edib. Bu əməlindən sonra təqiblərə mə­ruz qa­lan Seyid Mir Hüseyn Ağa 1937-ci ildə qar­daşı Mir Rəsul Ağa ilə birlikdə kəndi tərk edərək Cənubi Azərbaycanın Misən kən­dinə köçüb. Məzarı həmin ərazidədir [i], [ii].

O­c­aq sak­ral-ruh­sal duy­­­­ğular mə­­­­­bəd­­gahı idi. Ona pənah gə­­ti­rən in­san­­lar­ın niy­yət ed­ib, nə­zir de­di­yi ­ümid mən­bəyi sa­yı­lır­dı


[i] Olaylar. –  2019. –  24-25 oktyabr, №141. –  S.12.

[ii] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası / Tərt. ed. S.Əsədov; elmi red.: B.Budaqov, Q.Qeybullayev. – Bakı: Gənclik, 1995. –  S. 154.                                                                                                                                           

Fotolar:
Videolar: