Əfəndi kənd qəbirüstü abidələri

Tarixi:
XII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan quberni­ya­­sı­ Yeni Ba­­y­­a­zid qə­za­sı­nın Sevan ra­yo­nun­da Əfəndi kən­dində yer­lə­şir.

Yerləşmə /
Hazırkı toponim:

Əfəndi kəndi – 4.01.1938-ci ildən – Noraşen adlandırılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Ermənilər tə­rə­f­in­dən qədim qə­bir­üstü abi­də­lə­rin bir qismi da­ğı­­dılıb. Qalanları isə erməni abi­də­si ki­mi təqdim olunur

Məlumat:

Kəndin başqa adı erməni mənbələrində Rəh­mankənd, Noraşen kimi də göstərilir. Lakin kəndin qədim və ilkin adı Əfəndi­kənd olub. 1930-cu illərdə Kəvər (Kamo) ra­yonunun tərkibində idi [i]. Kənddə 1831-ci ildə 28 nəfər, 1873-cü ildə 224 nəfər, 1886-cı ildə 314 nəfər, 1897-ci ildə 422 nəfər, 1904-cü ildə 479 nəfər, 1914-cü ildə 654 nəfər, 1916-cı ildə 650 nəfər yalnız azər­baycanlı yaşayıb. 1918-ci ildə kəndin sa­kinləri er­mə­nilər tərəfindən qovulub.  Er­mənilər bura 1918-20-cı illərdə Tür­ki­yə­dən köçürülüb. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azər­bay­can­lılar öz doğma kəndlərinə dönüb er­mə­nilərlə bir yerdə yaşamağa məcbur olublar. Burada 1922-ci ildə ermənilərlə yanaşı 7 nəfər, 1926-cı ildə 5 nəfər, 1931-ci ildə 10 nəfər azərbaycanlı yaşayıb. 1940-cı illərdə azərbaycanlılar tamamilə de­portasiya olunub. Kənddə XII əsrə aid azər­baycanlılara məxsus tarixi abidələr var. Kəndin qədim qəbiristanlığında çox sayda qəbirlər üzərində heykəllər olan türk-oğuz qəbirləri möv­cud­dur. At, qoç heykəlləri və 2-3 metr hündürlüyündəki bir çox qəbir daşları üzərində olan yazı və təsvirlər ərazidə azərbaycanlıların qədim dövrlərdən yaşadığını sübut edir.

Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlib. An­t­­ropoto­po­nim­dir. Quruluşca sa­də­dir [ii].Toponim və abi­dələr əra­zi­nin tari­xi mad­di-mədəni ir­si­ni təmsil edir.

 

[i] https://az.wikipedia.org/wiki/%C6%8Ff%C9%99ndi_(G%C3%B6y%C3%A7%C9%99

[ii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. –  Bakı: Elm, 2002. –  696 s.

Fotolar:
Videolar: