Əhməd ibn Qasımın qəbirüstü daşı

Tarixi:
1575-ci il
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan quber­ni­y­a­­­sı Yeni-Bə­y­a­zid qə­za­sın­da G­ö­y­çə gö­lü­­nün sahi­l­in­də­ki Aşa­ğı Q­a­ran­lıq şə­hər tip­li qəsəbədə

Yerləşmə /
Hazırkı toponim:

Aşağı Qaranlıq 1­926-cı ildən M­a­r­­­­tuni, 7.11.1995-ci ildən Geğa­r­ku­nik vilayəti əra­zisinə daxil edi­lib.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Qədim Azər­bay­can dövləti olan Qar­a­qo­yunl­u döv­lətinin mi­rası olan bu abidələr er­mənilər tə­rə­fin­dən dağıdılıb.

Məlumat:

Aşağı Qaranlıq kəndində köhnə qə­bir­is­tan­lıq adlanan ərazidə Qaraqoyunlu dövlətinin oğuz bəyi Əhməd ibn Qasımın qəbirüstü daşı yerləşir[i]. Əhməd ibn Qasımın (1540-1575) məzar daşında ətrafı na­xış­lar­lara bə­zə­dil­miş daş çərçivə içərisində dörd ədəd müxtəlif boylarda qoç fiquru, gün­bəz­li türbə, su səhəngi və sağ yuxarı his­sə­də günəş fiquru əks olunub. Toponim mə­kan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində “təpə”, “qaya” məna­sın­da işlənən qara sözü əsasında əmələ gəlib “tə­pəlik, dağlıq, qayalıq yer” mənasını bil­di­rir [ii]. Qara sözü ilə -lıq şəkilçisi ara­sın­dakı “n”  bitişdirici samit funksiyasını ye­ri­nə yetirir. Kənd, qa­ya­lıq, dağlıq bir yerdə yer­ləşib. Kəndin relyefi adına uy­ğun gəlir. To­ponimdəki “aşağı” sözü fərqləndirici əla­­mət bildirir [iii].

Əhməd ibn Qa­sı­m­ın qəbirüstü abi­dəsi əra­zi­nin qə­dim Azər­bay­can dövləti olan Qa­ra­qoyun­lul­ar­ın yurd yeri ol­du­ğunu gös­tə­rir

 

[i] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 10.

[ii] Мурзаев, Э.М. Словарь народных географических терминов / Э.М.Мурзаев . – М.: Мысль, 1984 . – S. 256.

[iii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. –  Bakı: Elm, 2002. –  696 s.

Fotolar:
Videolar: