Əkərək kənd məscidi

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan quber­ni­ya­­sı­nın Eç­mi­əd­zin qə­za­sında, in­di Əştərək ra­yo­nundakı Əkə­rək kəndində.

Yerləşmə /
Hazırkı toponim:

Əştərək  rayonu – Aştarak, Ək­ə­r­ək kəndi – A­q­a­­rak. 7.11.1995-ci ildə Ara­qat­sotn vila­yə­ti­nin inzibati ərazisinə daxil edilib

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Üst damı və kə­n­ar divarlarının bir his­səsi uçuq və­­ziyyətdə olan Ə­kə­rək kənd mə­s­­cidi Qərbi Azər­bay­canda İrə­vandan sonra, böl­gələrdə gü­nü­müzə qədər yarı uçuq vəziyyətdə gə­lib çatan bö­yü­k məs­cid­lər­dən biridir.

Məlumat:

Əkərək kənd məscidi təxmini olaraq 30-35 metr uzun­lu­ğunda, 8-10 metr eni və 4-5 metr hündürlüyündə olub. Çay daşı ilə ti­ki­lən məsidin kənar divarlarının qalınlığı (təx­­mini) 80 sm və 1 metrə qalınlığında idi. Geniş qövsvarı giriş qapısı olan iki otaq­lı məscidin bir də enli yuxarı hissədə dörd­künc olan qapısı vardı. İkin­ci otaqdan məd­rəsə və Quran kursu kimi istifadə olu­nur­du. 1590-cı ildə tərtib edilmiş “İrəvan əya­lətinin müfəssəl dəftəri”ndə Əyrək kimi, “İrəvan əyalətinin icmal dəftəri”ndə Əyərək. Qafqazın 5 verstlik xəritəsində Əkərək (Aqarak) kimi qeyd edilmişdir [i], [ii]. Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə 603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914-cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919-cu ildə 425 nəfər yalnız azər­baycanlı yaşayıb. 1919-cu ilin əv­vəl­lə­r­ində kəndin sakinləri ermənilərin tə­ca­vü­zü­nə məruz qalaraq deportasiya olunub. Er­­mə­ni­lər bura Türkiyənin Van, Qavaş, Bit­lis bölgələrindən 1918-19-cu illərdə kö­­çü­rülüb. Azərbaycanlılar öz kənd­lərinə in­di­ki Ermənistanda sovet hökuməti quru­lan­dan sonra dönə bilib [iii]. Burada er­mə­ni­lərdən başqa 1922-ci ildə 72 nəfər, 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 32 nəfər azər­bay­canlı yaşayıb.

Adı XVI yüzilin əv­­vəl­lərindən çə­kilir. XVI və XVIII yüz­il­lə­rə  aid tarixi mə­n­bə­lərdə kəndin adı­nın Əy­rək, Əyə­rək for­ma­larında qeyd olun­ma­sına istinad edib bu qə­naətə gələ bili­rik ki, toponim “Ki­­tabi-Dədə Qor­qud” das­tan­lar­ında (X boy­da) adı çəkilən Əg­rək şəxs adı əsasında əmə­lə gəl­mişdir. A­n­tro­­potoponimdir. Qu­r­­uluşca sadə to­po­nim­dir [iv].

 

 

 

 

 

Fotolar:
Videolar: