Əkərək kəndində qədim sərdabə
İrəvan quberniyası Aleksandropol qəzası, indiki Talın rayonu Əkərək (digər adı Xaraba Əkərək) kəndində.
Talın rayonu – Talin, Əkərək kəndi– Aqarak.
Memarlıq
Hal-hazırkı dövrdə Əkərək kəndindəki qədim sərdabənin Şərq üslubunda tikilən qapısının giriş hissəsi demək olar ki, olduğu kimi qalıb, dam və arxa hissəsində hasarlar var. Tərkedilmiş sahibsiz vəziyyətdədir [i].
[i] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 110.
Əkərək kəndindəki qədim tikili olan sərdabə məscidə bitişik inşa olunub. Sərdabə məscid divarının sağ hissəsində çaydaşı və ağ əhənglə tikilib, damı günbəzvari qaydada kiçik daşlarla hörülüb. Şərq üslubunda giriş qapısı var. Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 301, 1886-cı ildə 367, 1897-ci ildə 482, 1904-cü ildə 284, 1914-cü ildə 301, 1916-cı ildə 601 nəfər yalnız azərbaycanlı yaşayıb. 1918-ci ildə erməni təcavüzünə məruz qalan kəndin sakinləri tarixi-etnik torpaqların-dan deportasiya olunub və 1920-ci ildə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər burada yerləşdiriliblər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına dönə biliblər. Burada ermənilərdən başqa 1922-ci ildə 12 nəfər azərbaycanlı yaşayıb [i], [ii].Toponim “əkər” türk etnonimi əsasında əmələ gəlib. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir [iii].
[i] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 117.
[ii] https://www.facebook.com/IrevandaTurkler/photos/a.105289376213868/2584446208298160
[iii] Радлов, В.В. Опыт словарья тюркских наречий / В.В.Радлов . – Т. I, Ч.1 . – СПб, 1893 . – С. 97.