Elatlar / Küllükbaşı məscidi
Zəngibasar mahalının, sonralar Zəngibasar rayonunun inzibati mərkəzi İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin üstündə, Zəngi çayının sol tərəfində Uluxanlı şəhər tipli qəsəbəsində (1971-ci ildən) yerləşir.
Uluxanlı soykökünü silmək üçün bölgənin adı 4 dəfə dəyişdirilib. 1920-ci ildə Nərimanlı, 31.12.1937-ci ildə Zəngibasar, sonra Razdan, 31.07.1950-ci ildən Masis adlandırılıb.
Memarlıq
1988-ci ildə Küllükbaşı məscidi ermənilər tərəfindən yandırılıb. Hal-hazırda dağıdılıb, yerlə yeksan edilib.
Qədim azərbaycanlı yurd yeri Uluxanlıda demək olar ki, hər məhəllənin özünəməxsus məscidi olub.
Bu məscidlər yerli əhali üçün müqəddəs inanış yeri, ibadət məkanı, dini dərslər, dini söhbətlərlə yanaşı, dünya hadisələrinin, ümumi problemlərin müzakirə edildiyi, xeyriyyəçilik işlərinin görülməsi üçün insanların kütləvi toplaşdığı məkan idi.
Elatlar məhəlləsi ilə Qırmızı məhəllənin arasında yerləşən Küllükbaşı məscidi də belə məscidlərdən biri idi. Elatlara nisbətən yaxın olduğu üçün Elatlar məscidi də adlanırdı. Sovet dövründə başqa təyinatlı məqsədlərlə istifadə olunan Küllükbaşı məscidi 1970-ci ildə rəsmi olaraq fəaliyyətini bərpa etdi.
1988-ci ildə ermənilər tərəfindən yandırılıb, yerlə yeksan edilib [i] ,[ii], [iii], [iv]. Küllükbaşı məscidi həm dini, həm də tarixi mədəni abidə kimi Azərbaycan irsinin nümunəsi hesab olunur. Eyni zamanda, oranın daimi sakini Azərbaycan xalqının inancının simvolu olan məkan kimi tarixi əhəmiyyət daşıyır.
[i] История Азербайджана по документам и публикациям. – Баку: Элм, 1990. – S. 216.
[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 86.
[iii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002. – 696 s.
[iv] https://az.wikipedia.org/wiki/Uluxanl%C4%B1