Əli xanın imarəti

Tarixi:
XVII-XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.

Yerləşmə /
Hazırkı toponim:

1936-cı ildən Yerevan.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Əli xanın ima­rə­ti İrəvan şə­hər­in­dəki Azər­bay­can maddi-mə­də­ni irsini təm­sil edən me­mar­lıq nümunə­ləri­n­dən biri olduğu üçün ermənilər tə­rəfindən diqqət göstəri­l­mə­yib.

Məlumat:

Əli xanın imarəti İrəvan şəhərinin ən əzə­mət­li evlərindən biri idi. Görkəm və bö­yüklük baxımından saraya bənzəyən ima­rət Azərbaycan və Şərq memarlığının zən­gin­liyini özündə əks etdirirdi. İşıqlı ol­ma­sı məqsədi ilə qoyulan çox sayda xüsusi dizaynlı pəncərələrlə imarət şəhərdəki başqa tikililərdən fərqlənirdi. İmarətin önündə sağ tərəfdə bir ucu yerə, digər ucu bi­rinci və ikinci mərtəbə arasındakı kəmər hissəsinə üfüqi vəziyyətdə qoyulmuş dörd ədəd dirək vardı. Hasarlı və uçma təh­lü­kə­si olan tikililərə adətən qoyulan bu tərz di­rəklərin olması imarətin dayanıqlığını güvənli edirdi [i], [ii].

Azərbaycan me­mar­lıq və arxi­tek­­tura tarixi ba­xı­­mından əhə­m­i­y­­­­yətli olan Əli xan­ın ima­rə­ti İrə­vanın şə­hər­­salma və a­r­xi­­tektura baxı­mın­­dan digər Av­ropa və Şərq­in böyük şəhər­lə­ri qədər inki­şaf etdiyini gös­tə­rir

 

 


[i] Арутюнян, В. Ереван / В.Арутюнян, М.Асратян, А.Меликян . – М., 1968 . – С.74; İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycana köçürülməsi / AMEA. A.A.Bakıxanov adına Tarix İnstitutu; müəl.: Y.Mahmudov, T.Mustafazadə, S.Məmmədov və b.; elmi red. Y.Mahmudov . – Bakı, 2010. –  S. 234.

[ii] Эриваская Губерния. Списки Раселенных Месть.  По свеьденямъ 1873 года. Т ифлисъ Типограмя Главнаго Управлвн1я Нам-Ьстника Кавкавскаго. 1879 г..

Fotolar:
Videolar: