Əmirxeyir piri
Qaraqoyunlu mahalı, Çəmbərək rayonu Əmirxeyir kəndində.
Çəmbərək rayonu – Krasnoselsk. Əmirxeyir 1991-ci ildən – Kalavan adlandırılıb.
Memarlıq
1988-ci il noyabr ayından – kənd əhalisi deportasiya olunandan ziyarət edilmir.
Kəndin adı Əmir şəxs adından və türk dillərində kairki “vadinin suvarılan hissəsi” sözlərindən ibarətdir. Əmirxeyir piri kəndin yaxınlığında Danalıqdan axan Bəryabad çayının qovuşduğu bir talada yerləşir[i]. Kənd və ətraf bölgə əhalisi tərəfindən ziyarət olunur, bölgənin məşhur pirlərindən hesab edilirdi. Ziyarət edən əhali nəzir verər, qurbanlar kəsərdi. Kəsilən qurbanların bir qismi piri ziyarətə gələnlərə paylanırdı [ii], [iii].
Xalqın dua edib,nəzir verdiyi, qurban kəsdiyi müqəddəs yer kimi tanınıb.
[i] https://az.wikipedia.org/wiki/%C6%8Fmirxeyir amirxeir.com;
[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 290.
[iii] ttps://azkurs. org/ermenistanda-azerbaycan-menseli- v2.html?page=4