Ərəfsə kənd qəbirüstü abidələri

Tarixi:
IX-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lı Qa­ra­kilsə ra­yo­nu­ Ərəfsə kənd­­ində.

Yerləşmə /
Hazırkı toponim:

Qarakilsə ra­yo­nu 02.03.1940-cı ildən – Sisi­an, Ərəfsə kəndi – 03.07.1968-ci ildən – Arevis [i].

 

[i] Yeşilot, O. Revan Türkləri / Prof. Dr. Okan Yeşilot. – İstanbul, 2016. – S. 232-333.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Ərəfsə kəndində yer­ləşən Alban əlif­bası ilə yazılı sən­duqə formalı on­larla qəbir da­ş­­larına, er­mə­ni üs­ulu ilə xaç və ermənicə ya­zı­lar əlavə edi­lə­rək er­mə­niləş­di­ri­lib. Ərəb əlif­bası ilə yazılı erk­ən orta əsrlərə mə­x­­sus qoç heykəlli qə­bir daşlarının üz­ər­indəki ərəb­cə yazılar silinib və  erməni abi­də­­si kimi nüma­yiş olunur.

Məlumat:

Kənddin yazılı sənduqə formalı onlarla ərəb əlifbası ilə yazılı erkən orta yüz­il­lik­lərə məxsus qoç heykəlli qəbir daşları,  to­ponimləri qədim türk-oğuz mədəniyyəti ilə bağlıdır: Teymur yurdu (Əmir Tey­mur­un hərbi düşərgəsinin burada yer­ləş­diyi güman edilir), Uz qəbri, Gotlanlı yur­du, Camal qalası (Əmir Teymurun sər-kər­dələrindən birinin adıdır), Mərcanlı çuxuru, qaçaq Süleyman bulağı, Mustafa bu­lağı, Sarı yataq, Qaraoğlan vurulan yer, Salvartı dağı [i].

Ərəfsə kənd­in­də­ki türk-oğuz mən­şəli topo­nim­lər kənd əra­zi­sində yerləşən  müx­təlif dövr­lə­rə aid abidələrin Azər­baycan mə­də­niyyətinə xas olan əlamətlərə ma­lik olması b­u­­­ranın azər­bay­­c­a­n­lıların tari­xi yurd yeri ol­duğunu təs­diq edir.

 


[i] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. –S. 129-130.

Fotolar:
Videolar: