Göy məscid – Hüseynəli xan məscidi
İrəvan şəhəri
İrəvan şəhəri
məscid
Məscidin binası Ermənistan hakimiyyətinin qərarı ilə tarix muzeyinə çevrilib. Hazırda ermənilər bu məscidi “Fars məscidi” adı ilə dünyaya təqdim edirlər. Ermənistan hökumətinin 2015-ci il dekabrın 10-da keçirilən iclasında Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidlə bağlı Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihə müzakirə edilib. Tarixi və mədəniyyət abidəsi kimi Göy məscidin yerləşdiyi ərazi Ermənistan Respublikasının dövlət mülkiyyəti olduğu üçün özgəninkiləşdirilə bilinməyən tarixi və mədəniyyət abidələrinin dövlət reyestrinə daxil edilib. Həmçinin qərara alınıb ki, Göy məscid və onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq 99 illiyinə İran İslam Respublikasının Ermənistandakı səfirliyinə mədəniyyət mərkəzi kimi təhvil verilsin
Tikintisinə 1760-cı ildə başlanmış, 1764-cü ildə İrəvan sərdarı Hüseynəli xan Qacar (1762–1783) tərəfindən tamamlanmış, onun adı ilə Hüseynəli xan məscidi adlanmışdır. Eni 66 m, uzunluğu 97,2 m olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü idi. Məscidin 4 minarəsi (3-ü dağıdılmış, yalnız 1-i qalmışdır), çarhovuzlu-fəvvarəli geniş həyəti, zəngin kitabxanası olmuşdur. Məscid XX yüzillikdə ermənilər tərəfindən iki dəfə yandırılmışdır: 1918-ci və 1955-ci ildə.
Məscidin binası Ermənistan hakimiyyətinin qərarı ilə tarix muzeyinə çevrilib. Hazırda ermənilər bu məscidi “Fars məscidi” adı ilə dünyaya təqdim edirlər. Ermənistan hökumətinin 2015-ci il dekabrın 10-da keçirilən iclasında Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidlə bağlı Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihə müzakirə edilib. Tarixi və mədəniyyət abidəsi kimi Göy məscidin yerləşdiyi ərazi Ermənistan Respublikasının dövlət mülkiyyəti olduğu üçün özgəninkiləşdirilə bilinməyən tarixi və mədəniyyət abidələrinin dövlət reyestrinə daxil edilib. Həmçinin qərara alınıb ki, Göy məscid və onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq 99 illiyinə İran İslam Respublikasının Ermənistandakı səfirliyinə mədəniyyət mərkəzi kimi təhvil verilsin[i].
[i] Mustafa Nazim. İrəvan şəhəri. Bakı, 2020