Güləm Rəhim qızı Bayramova-nın günbəzi
Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndində.
Nərimanlı kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Şatvan adlandırılıb.
Memarlıq
1988-ci ildə azərbaycanlıların deportasiyasından sonra ermənilər tərəfindən dağıdılıb, məhv edilib.
Güləm Rəhim qızı Bayramovanın (1898-1978) günbəzi dördkünc formada, 4 m x 4 m, 5 m x 5 m ölçülü, hündürlüyü 4-5 m olub [i], [ii], [iii].
Kəndin və mahalın məşhur dini-irfani ocaq sahibi Seyid Rəhim Məşədi Mehdinin qızı Güləm Bayramovanın günbəzi din adamlarının cəmiyyətdəki rolunu ifadə edən maddi-mədəni abidədir.
[i] Olaylar. – 2021. – 5-11 mart. – S. 20.
[ii] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm
[iii] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 26–27, 112–113.