Güllübulaq kəndində Cümə məscidi

Tarixi:
XVIII yüzilin sonu
Yerləşmə /
Əvvəlki toponim:

Qərbi Azər­bay­can­ın Amasiya (Ağ­baba) rayo­nun­undakı Gül­lü­bulaq kənd­in­də yerləşir.

Yerləşmə /
Hazırkı toponim:

Güllübulaq kəndi – 4.07. 2006-cı ildən-Byurakn adlan­d­­ı­r­ılıb

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Məscidi 1970-ci il­lərdə hay kil­sə­si sökmək is­tə­yib, ca­ma­at e­t­i­­raz edib, Ra­­­yon Partiya Ko­­­mi­tə­si­nin I ka­­ti­bi Hüseyn Mə­m­­­­­mə­d­ov imkan ver­­­mə­­yib. 1988-ci il­ de­por­­ta­siy­a­­sın­­dan son­r­­a da­­­­ğıdılıb xa­r­a­ba­lıqları qalıb.

Məlumat:

Kəndin ortasında (“Selmaq” deyilən yer­də) Cümə məscidi XVIII yüzilliyin so­nun­­da inşa edilib, birmərtəbəli, 2-3 otaq­dan ibarət idi (ölçüsü 15 m x 30 m, hün­dür­lüyü 6-7 m, üstü daş örtüklü). Məs­cid­in həndəvərində, hətta ona bitişik Seyid Əyyub Mirabdulla oğlunun (1920-1995), Tahir Vəli oğlu Cəfərovun (1933-2018), Məm­mədbağır Kərbəlayı Mustafa oğlu Hüseynovun (1935), Abbas Qurban oğlu Məm­mədovun (1916-2012) evləri yer­ləşir­di [i], [ii].

Məscidin ətraf­ı­n­­da yerləşən kən­d­­­lərdə tarix boyu türk-oğuz boy­­la­rı yaşa­yıb. Kə­nd­­də məs­cid, pir­­lər, ziya­rət­g­a­h­­­ların  möv­cud o­l­­­ması bu­ra­da ya­şayan azər­­bay­­can­lı­lar­ın İs­lam di­ninə eti­q­a­d et­di­yinə sü­butdur [iii].

 

[i] ttps://aqreqator.az/az/siyaset/1127115 Yunusoğlu, Q. Tarihte Turk-Rus Mücadelesi / Qismət Yunusoğlu, Süleyman Kocabas. – Istanbul, 1989.

[ii] Beydilli, K. 1828-1829. Osmanlı-Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler / Kemal Beydilli // X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986.

[iii] https://az.wikipedia.org/wi ki/G%C3%BCll%C3%BCb ulaq_(A%C4%9Fbaba

Fotolar:
Videolar: