Güllübulaq qəbirüstü abidələri

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Amasiya (Ağ­ba­ba) ra­yon­u­n­dakı Gül­­lü­bu­laq kən­d­in­də

Yerləşmə /
Hazırkı toponim:

2007-ci ildə Bür­akn ad­lan­dı­r­ılıb

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1988-ci il depor­ta­si­ya­sından s­o­n­­ra kənd­də­ki abi­dələrin bir qis­m­i dağıdılıb qalan hissəsi isə ermə­ni­ləş­di­rilib 

Məlumat:

Güllübulaq qəbiristanlığı türk-oğuz tay­fa­la­rının qədim yaşayış yurdu olub. Qədim qə­biristanlıq deyilən əra­zi­də çox sayda qə­birüstü at və qoç heykəlləri möv­cud­dur. Bu­­nunla yanaşı bəzi qəbir daşları üzərində alban və müxtəlif türk tayfalarına aid yazı və təsvirlərə də rast gəlinib. Güllübulaqda Kor­­oğlu mağarası, Nigar dərəsi, Nəbi ça­yı­rı və s. xalq  qəhrəmanlarının adları ilə bağ­­lı toponimlər var idi. Kənddə məscid, pir­lər və zi­ya­­rətgahlar və qədim qəbirüstü abidələr mövcud olub. Güllübulaq kəndi Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun ən böyük kəndi olub. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşa­yıb. 1988-ci il deportasiyasından sonra Gül­lübulaq kəndində Gür­cü­s­tan­ın Boq­da­n­ov­ka rayonundan gələn ermənilər məs-kun­­laşıblar [i], [ii], [iii], [iv].

Güllübulaq qə­bi­r­­­is­tan­­lığındakı qə­birüstü ab­i­də­lər b­urada qə­dim­­dən azər­­bay­­­canlıl­ar­ı­­n ya­şa­dı­ğını təs­diq edən mad­di mə­dəni dəlildir

 

[i] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). –  Bakı: Elm, 1996. – S. 127.

[ii] https://armenianvandalism.preslib.az/az_armenia.html

[iii] http://www.iravan.info/

[iv] Zümrüd. Qəriblikdə ümid çırağı // Səs. – 2009. –  18 sentyabr. –  S. 12.

Fotolar:
Videolar: