Gülüdüzü qəbirüstü abidələri
Dərələyəz mahalı Keşişkənd (Yeğeqnadzor) rayonu Güllüdüzü kəndində
Gülüdüzü kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Vardahovit adlandırılıb.
Memarlıq
1940-cı illərin ikinci yarısından etibarən qəbirüstü abidələr Ermənilər tərəfindən gecələr gizli yollarla yük maşınlarına doldurulub rayon mərkəzinə aparılıb, məhv edilib
Kəndin qədim qəbiristanlığında olan qoç daşlarının həddi hüdudu yox idi. Buradakı qədim qəbirlərin hamısının üstündə qoç daşları (heykəl) ucalırdı. 1831-ci ildə kənddə 115 nəfər, 1979-cu ildə 369 nəfər azərbaycanlı yaşayıb. Toponimdə də güllü (çiçəkli) yer mənasını bildirir [i], [ii], [iii].
Gülüdüzü qədim türk-oğuz boylarının yaşadığı yurd olub. Ermənilərin abidələri gizli daşıyıb məhv etməsinin səbəbi buralardan türk etnosunun tarixini silmək məqsədi daşıyıb.
[i] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri/İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002.– S.19-34.
[ii] https://m.facebook.com/IrevandaTurkler/photos/a.103688689707270/3111450228931086/?type=3&locale2=hi_IN,
[iii] https://az.wikipedia.org/wiki/G%C3%BCl%C3%BCd%C3%BCz%C3%BC