Hacalılar günbəzi
Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndində.
Nərimanlı kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Şatvan adlandırılıb.
Memarlıq
Hacalılar günbəzi və qəbiristanlıqdakı digər abidələr ermənilər tərəfindən dağıdılıb, məhv edilib.
Əski yaşı minilliklərlə, məskunlaşma tarixinə görə isə 300 ildən artıq yaşı olan bu qəbiristanlıqda Hacalılar günbəzi (Qərbi Azərbaycanda qədim müsəlman-türk obaları əksər hallarda əski yaşayış yurdlarında salınıb) çar Rusiyası dövründə inşa edilib. Hacalılar tayfalarına məxsus qəbirlərin üstündə, dördkünc formada, 4 m x 4 m, 5 m x 5 m ölçülü, hündürlüyü 4-5 m olan bu qəbirüstü tikili görkəmi və yüksəkliyi ilə uzaq məsafələrdən görünür və diqqət çəkirdi[i], [ii].
Hacalılar günbəzi kəndin tanınmış tayfaları və onların nümayəndələri üçün inşa olunub və tarixi torpaqlardakı maddi-mədəni irsi təmsil edir.
[i] Olaylar. – 2021. – 5-11 mart. – S. 20.
[ii] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm