Hacı Əli karvansarası
1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.
1936-cı ildən etibarən Yerevan.
Memarlıq
Hacı Əli karvansarası İrəvan şəhərində Azərbaycan tarixi və memarlığının nümunəsi olduğu üçün təmir və restavrasiya olunmayıb. Uçub xarabalığa çevrilən karvansaranın yerində yeni tikililər inşa edilib.
İrəvan xanlığının paytaxtı İrəvan şəhəri xanlığın əsas ticarət mərkəzi idi. Bu səbəblə böyük anbar, karvansara, meydan və zərbxanalar burada yerləşirdi. Hacı Əli karvansarası 40 mağazadan ibarət idi [i], [ii]
Karvansara yerli və xarici ölkələrdən gələn tacirlərin qaldığı və anbarlarında mallarını mühafizə etdiyi yer kimi xanlıqda mühüm yerə sahibdi.
[i] ОРВЗ (Обозрение Российских владений за Кавказом) Ч IV. CПб. 1836, с 290-291.
[ii] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. – СПб.: Типография императорский Академии Наук,1852. – C. 468-469, 878-880.