Hərəmlər piri
Zəngəzur mahalının Qarakilsə rayonunda, rayon mərkəzindən 18 km cənub-qərbdə, Dəstəgird kəndi ilə Murxuz kəndi arasında Əyri çayının sol sahilindəki Sofulu kəndində yerləşir.
Sofulu kəndinin adı 09.04.1991-ci ildə dəyişdirilərək Soflu adlandırılıb.
Memarlıq
1988-1989-cu il deportasiyasında ermənilər yerli əhaliyə qarşı silahlı terror hadisəsi törədib, tarixi-maddi abidələri də dağıdıb yerlə yeksan ediblər. Eyni vandal münasibət xalq üçün müqəddəs məkanlara da göstərilib. Hərəmlər piri də bu hadisələrdən nəsibini alan abidələrdən olub. Pir və ətrafındakı tikililər dağıdılıb və azərbaycanlıların oranı bir daha ziyarət etməyinə imkan verilməyib.
Sofulu və Qızıl Şəfəq kəndləri arasında (bu məsafə 6 km idi) yerləşən Hərəmlər piri ətraf kənd sakinlərinin ziyarət etdikləri ocaq idi (ikinci kəndə daha yaxın idi, 2 km aralı), üstündə qurban kəsilir, nəzir-niyaz qoyulurdu. Ərazi Sofular kəndinə aid olduğundan ətrafında qoyunçuluq təsərrüfatının qışlaq binələri yerləşirdi [i].
Hərəmlər piri də digər ziyarətgahlar kimi etno-genetik baxımdan müqəddəsliyi ilə seçilən dini şəxslərin coğrafi məkanı mənasını daşıyır.
[i] Olaylar. – 2019. – 2-4 noyabr. – S. 14, ttp://www.anl.az/down/meqale/olaylar/2019/noyabr/681087.htm