Hors kənd abidələri

Tarixi:
XI-XIV yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Dərələyəz ma­ha­lı Keşiş­­kənd (Yeğeq­nad­­zor) ra­yo­nun­da Hors kənd­ində.

Yerləşmə /
Hazırkı toponim:

1728-ci ildə çap edil­miş “İrə­van əya­lə­tinin ic­­mal dəf­tə­ri”n­də Xors kimi qeyd edilib [i].

 

[i] https://az.wikipedia.org/wiki/Hors

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Alban kilsəsinin qa­lıq­ları, oğuz qə­bir­­is­tan­lığı, qə­dim Oral Ma­lux və Quşxana kənd­­lərinin bina­ları­nın qalıqları (XIII-XIV yüzil) olan zən­gin tari­xi abidələrin bir hissəsi erməni ele­­mentlər əlavə olu­­na­raq mə­n­i­m­­sənib, qalan his­sə­si isə ta­ma­milə məhv edilib [i].

 

[i] http://www.anl.az/down/ meqale/xalqcebhesi/xalq cebhesi_noyabr2009/96 365.htm

Məlumat:

Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsr­də xa­tır­la­nır. Bu qədim azərbaycanlı kən­d­ində XII-XIV əsrlərə aid çoxlu tarixi abi­­dələr, Alban kilsəsinin qalıqları, oğuz qə­bir­istanlığı, qədim Oral Malux və Quş­xa­na kənd­lərinin binalarının qalıqları (XIII-XIV əsrlər) vardır. Kənd sakinləri 1919-cu ilin sonlarında er­mə­ni­lər­in təca­vü­zü­nə məruz qalaraq tamamilə qovulub. Kənd­­də İrandan köçürülən ermənilər yer­ləş­dirilib. İndiki Ermənistanda sovet höku­məti qurulandan sonra kənd sakinlərindən sağ qalan azərbaycanlılar öz doğma yurd­lar­ına qayıda biliblər. Burada ermənilərlə ya­naşı 1922-ci ildə 192, 1926-cı ildə 172, 1931-ci ildə 234 nəfər azərbaycanlı y­a­şa­yıb. 1988-ci ilin noyabr ayında azər­bay­can­lılar yenidən qovulub. İndi orada ermə­ni­lər yaşayır [i].

Toponim xors tü­rk et­nonimi əsa­­sın­da əmə­lə gə­lib. Azər­bay­­­can di­lində q~x~h səs əvəz­lən­­mə­si qa­­nu­n­a­uy­ğun­­dur. Xors (hors) et­no­­nimi qors, xo­­ros, xurs for­­ma­­­lar­ınd­a da qeyd edilir.

 


[i] Qeybullayev, Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair) / Q.Qeybullayev . – Bakı: Elm, 1990 . – S. 103.

Fotolar:
Videolar: