İrəvan məhəllələri

Tarixi:
1832-ci il
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan şəhəri 1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.

Yerləşmə /
Hazırkı toponim:

1936-cı ildən etibarən Yerevan.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Ermənilər İrə­v­a­n­­da XIX  əsrin  əv­vəl­lər­in­dən  eti­barən mə­s­­kun­laş­dıqları üçün er­məni mə­həl­lə­lə­ri azər­baycanlı mə­­həllələrini üzük qaşı kimi əhatələmişdi. 50 -60-cı illərdə azər­baycanlıların kompakt ya­şa­dıq­­ları məhəl­lə­lə­ri, onların qə­dim qəbir­istan­lıq­­larını yeni ti­ki­­lilər inşa et­mək bəhanəsilə yer­lə-yeksan et­di­lər.

Məlumat:

İrəvan şəhəri aşağıdakı hissələrdən ib­a­rət­dir: 1. Şəhər hissəsi 2. Təpəbaşı hissəsi 3. Dəmirbulaq hissəsi. Ən böyük olan Şəhər hissəsi İrəvanın şimal-şərq ərazisini əhatə edir; Təpəbaşı hissəsi qərb, Dəmirbulaq hissəsi isə cənub-şərq hissəsini tutur. Bu hissələrə öz xüsusi adı olan aşağıdakı əlavə məhəllələr də daxildir: Şəhər hiss­ə­si­nə aid olanlar: 1) Çölməkçi kəndindən aşağıda yerləşən Abbasdərə məhəlləsi; 2) Kənəkir yolundan sağ tərəfdə yerləşən Köşəkli məhəlləsi; Təpəbaşı hissəsinə aid olanlar: 1) Kənəkir yolundan solda yer­lə­şən Abihəyat məhəlləsi; 2) Zəngi çayının solunda, Kənəkir kəndindən aşağıda yerləşirdi. 1728-ci ildə tərtib olunmuş osmanlı “Müfəssəl dəftər”ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən (“Köh­nə şəhər”, “Də­mir­bulaq”, “Dərəkənd”, “Təpəbaşı”) iba­rət olmuşdu. Qеyd еtmək lazım­dır ki, İrəvan şəhəri müstəqil хan­lı­ğın mərkəzi ol­duqdan sonra “Köhnə şə­hər” məhəlləsi “Şəhər” məhəlləsi adlan­dı­rıl­mış, “Də­rə­kənd” isə “Təpəbaşı” məhəlləsinə birləş­di­rilmişdi.

İrəvan şə­hər­in­dəki məhəllələr İrəvan şəhərində azərbaycanlıların maddi-mədə­niy­yət izlərini da­şıyırdı. Ya­şa­yış mən­tə­qə­ləri, kü­çələr, mə­həl­lə­lər və s. müt­ləq ək­sə­riy­yə­ti­nin Azər­bay­can türk­­cəsində o­l­ma­sı bir daha onu göstərir ki, bu ərazi azər­bay­­canlıların qə­­dim yaşayış məs­­kənlərindən olub.

 

Fotolar:
Videolar: