İyis piri
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonundakı (Əldərə) Əlidərəsi kəndində.
Mığrı rayonu – Meğri, Aldərə kəndi – Alvank adlandırılıb.
Memarlıq
1988-ci il deportasiyasından sonra İyis piri və ətrafındakı tikililər ermənilər tərəfindən dağıdılıb.
Əlidərəsi kəndinin Pir çinarə adlı ərazidəki yoxuşun üstündə (200 m uzaqlıqda) yerləşən İyis piri kənd sakinləri və ətraf bölgənin insanlarına görə müqəddəs ocaqlardan hesab olunurdu. Orada qədim yaşayış məskənləri ilə yanaşı, yaşı 500 ildən çox olan böyük çinar ağacları ucalırdı [i] . İyis piri kənd və bölgə sakinlərinin ən çox ziyarət etdiyi məşhur pirlərdən olub.
İyis piri kimi sakral-ruhani abidələrin mühüm tarixi hadisələr və mədəniyyətin formalaşdığı bölgələrdə yer alması azərbaycanlı əhalinin burada uzun tarixi dövrdən keçdiyinin nişanəsidir.
[i] Olaylar. – 2019. – 10-11 oktyabr, № 135. – S. 11.